Çin avtomobil istehsalçısı «Çanqan» rəsmi olaraq dövlət müəssisəsinə çevrilib. Şirkətin kapitalı 20 milyard yuan (2.75 milyard dollar) təşkil edir.
«BYD» 13 milyonuncu elektrikli avtomobilini istehsal edib. «Yangwang U7» modeli 2.9 saniyədə 100 km/s sürətə çata bilir və 720 km məsafə qət edir.
BYD-nin yeni «Sealion 06» SUV modeli Çində satışa çıxdı. Elektrik (EV) və plug-in hibrid (PHEV) versiyaları ilə təqdim olunan model 19,300 dollardan başlayan qiymətlərlə təklif olunur.
BYD-nin «Dynasty» seriyasından yeni nəhəng SUV modeli kamuflyajda görüntülənib. 400.000 yuan (55.000 dollar) qiymətə satışa çıxacaq modeldə sürücüsüz idarəetmə və dron sistemi olacaq.
«Hyundai IONIQ 6 N» elektrikli avtomobili ildə cəmi 6000 ədəd istehsal olunacaq. Çin bazarı üçün 2000, Avropa və Avstraliya üçün isə 1500 ədəd nəzərdə tutulub. 650 at gücü ilə bu model yeni performans standartları qoyur.
Donald Trampın (Donald Trump) Yaponiya ilə bağladığı ticarət sazişinə əsasən, Yapon avtomobillərinə tətbiq edilən gömrük rüsumu 25% əvəzinə 15%-ə endirilib. Saziş həmçinin ABŞ avtomobillərinin Yaponiyaya idxalına şərait yaradır.
Çin mənbələri «Luxeed R9»-un test fotolarını yaydı. Noyabrda təqdim olunacaq bu model markanın bazar mövqeyini gücləndirməyə kömək edə bilərmi?
Yeni nəsil «Hyundai Elantra CN8» ilk dəfə görüntüləndi. 2026-cı ildə satışa çıxacaq model «N Vision 74» konseptindən ilhamlanan dizaynı və güclü mühərrik seçimləri ilə diqqət çəkir.
Dongfeng-in premium markası «Voyah» yeni «Taishan» NEV krossoverini Çində təqdim etməyə hazırlaşır. Huawei texnologiyaları ilə təchiz olunan model, Li L9 və Aito M9 kimi rəqiblərlə rəqabət aparacaq.
«Acura TLX» sedanının istehsalı bu ay Ohio zavodunda dayandırılıb. 1990-cı illərdən bəri istehsal olunan modelin yerini yeni elektrik SUV-ları alacaq.
«Tesla»-nın ən ucuz modeli olan «Model Z» pilot istehsal mərhələsindədir. Model Y-nin kiçik versiyası kimi təqdim olunacaq avtomobilin aylıq qiyməti 300 dollardan aşağı ola bilər.
«Xiaomi YU7S» modeli Çin ikinci əl bazarında rəsmi qiymətdən 2800 dollar baha satılır. Yeni maşın üçün gözləmə müddəti isə 60 həftəyə çatıb.
«Honda Prologue» və «Acura ZDX» elektrik SUV-ları indi Tesla Supercharger şəbəkəsindən istifadə edə bilər. 225 dollarlıq adapter ilə 23.500-dən çox doldurma stansiyasına çıxış əldə ediblər.
«Xiaomi YU7 Max» elektrikli avtomobili müstəqil testlərdə rəsmi göstəriciləri üstələyib. «Auto Sohu» tərəfindən aparılan araşdırmada avtomobilin 698,1 at gücü göstərdiyi müəyyən edilib.
Çinli elektrik avtomobilləri istehsalçısı «Nio» 7 il 2 ayda 800.000-ci avtomobilini buraxıb. Rekord göstərici qeyd edən «Onvo L90» modeli 31 iyulda satışa çıxacaq.
«Volvo» elektrikli və hibrid modellərində uzun müddətli regenerativ əyləc istifadəsi zamanı əyləclərin tamamilə işləməməsi riski aşkarlandı. 1000-dən çox avtomobil hələ də təhlükəsizlik yeniləməsini yükləməyib.
«Xpeng Mona M03» elektrikli liftbeki 10 ayda 150.000 ədəd sataraq rekord qırdı. 214 at gücü və 600 km məsafə təklif edən bu model Çində ən çox satılan A-sinfi sedan oldu.
«Geely EX5» 2026 modeli Çində satışa çıxdı. 610 km məsafə qət edə bilən bu elektrik SUV-un qiyməti 15,335 ABŞ dollarından başlayır.
«Genesis GV90»-ın Rolls-Royce stilində arxa qapıları ilk dəfə tam açıq şəkildə görüntüləndi. Kaliforniyada çəkilən fotolar nəhəng elektrik SUV-unun necə lüks standartlarını dəyişəcəyini göstərir.
«Nissan Magnite» yenilənmiş modeli Global NCAP təhlükəsizlik testlərində tam 5 ulduz qazanıb. Əvvəlki 2 ulduzlu versiyadan fərqli olaraq, yeni model böyüklər üçün 32.31/34, uşaqlar üçün isə 33.64/49 bal toplayıb.
«Lynk & Co» 430 km məsafə qət edən yeni «Z20» modellərini təqdim etdi. 15 200 dollardan başlayan qiymətlər və yenilənmiş xüsusiyyətlərlə bu elektrikli avtomobil bazarı silkələyə bilər.
«Subaru» 2026-cı il üçün «Crosstrek» modelində köhnə 2.0-litrli mühərriki ləğv edib, əvəzinə 194 at gücündə hibrid seçimini təqdim edib. Yeni modelin qiyməti $28,415-dan başlayır.
«Nissan» və «Infiniti» markalı 443,899 avtomobil VC-Turbo mühərriklərindəki potensial nasazlıq səbəbilə geri çağırılıb. Dilerlər mühərrikləri yoxlayacaq və zəruri hallarda pulsuz dəyişdirəcək.
«BYD»-nin lüks markası «Yangwang» 2026-cı ildə Avropaya giriş edəcək. 1,180 at gücü olan və suda üzə bilən «U8» modeli ilə «Bentley» və «Porsche»-ə rəqib olacaq. «Denza» markasından sonra ikinci Çin lüks brendi Avropada.
Çində iyun ayında idxal avtomobillərinin satışı -7,7% azalıb. «Top 10»-da yalnız «Lexus» (+14,7%) artım göstərib. «Lexus ES» modeli isə 11.000 satışla liderliyini qoruyub.