İnsanlar niyə yavaş düşünənləri daha ağıllı sayır? Yeni araşdırma cavab verir
Araşdırma göstərir ki, insanlar və süni zəka yavaş, düşünülmüş qərar verənləri daha ağıllı və etibarlı sayır. Niyə belədir?
İnsanlar niyə yavaş düşünənləri daha ağıllı hesab edir?
«PsyPost» xəbər verir ki, yeni tədqiqat həm insanlar, həm də süni zəkanın yavaş, düşünülmüş qərar verənləri intuitiv düşünənlərdən daha ağıllı və etibarlı qiymətləndirdiyini ortaya çıxarıb.
Araşdırma Fransada Université Paris Cité nəzdində fəaliyyət göstərən LaPsyDÉ laboratoriyasının alimləri tərəfindən aparılıb. Onlar müxtəlif ölkələrdən yüzlərlə iştirakçıya qısa situasiya mətnləri təqdim ediblər: biri problemi ani intuisiya ilə, digəri isə yavaş və düşünərək həll edirdi. Maraqlıdır ki, nəticə eynilə olsa belə, insanlar düşünülmüş yanaşmanı üstün tuturdular.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Alim Wim De Neys deyib ki, ictimaiyyət daim qarışıq mesajlar alır: bir tərəfdə «daxili səsə qulaq as» çağırışları, digər tərəfdə isə «sakit ol və yaxşı düşün» tövsiyələri. Bəs insanlar əslində kimi daha ağıllı sayır? Tədqiqat göstərdi ki, cavab gözləniləndən də aydındır.
İştirakçılar deliberativ düşünənləri həm daha ağıllı, həm də daha etibarlı qiymətləndirdilər. Hətta onlara hər iki şəxsın eyni dəqiqliklə nəticə verdiyi bildirildikdə belə, üstünlük dəyişmədi. Bir sözlə, «çox düşünən» avtomatik olaraq daha keyfiyyətli qəbul olunur.
Alimlər daha sonra eyni situasiyaları süni zəka modellərinə - ChatGPT 3.5 və ChatGPT 4-ə təqdim etdilər. Nəticə demək olar ki, eyni idi: süni zəka da yavaş düşünənləri daha ağıllı hesab edirdi. Bu isə həmin təsəvvürün insan məlumatlarından modellərə keçdiyini göstərir.
Daha maraqlısı odur ki, tədqiqatın son mərhələsində iştirakçılara ya vaxt məhdudiyyəti qoyuldu, ya da əlavə yaddaş tapşırığı verildi. Yəni özləri deliberativ düşünmək imkanını itirdilər. Amma yenə də düşünülmüş qərar verənləri üstün tutdular. Deməli, «yavaş düşünən yaxşıdır» inancı özü də intuitivdir.
Alimlər xəbərdarlıq edir: bu nəticələr yalnız obyektiv, kompleks məntiqi tapşırıqlara aiddir. Məsələn, şəxsi münasibətlər və ya incəsənət kimi subyektiv sahələrdə insanlar intuisiya ilə qərar verməyə daha çox üstünlük verə bilərlər. Əslində bu sual hələ açıq qalır.
Tədqiqatın müəllifləri gələcəkdə tibbdən maliyyəyə qədər müxtəlif peşə sahələrində insanların həkim və ya ekspertə etibarının onların düşünmə tərzindən necə təsirləndiyini araşdırmağı planlaşdırırlar.
Bu xəbəri necə dəyərləndirirsiniz?

