Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

1990-cı il 20 Yanvar hadisələrindən 36 il ötür. Azərbaycan tarixində faciə kimi qalan həmin gün hər il Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

20.01.26 - 00:00
19.01.26 - 21:39
 0  3
Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar faciəsinin ildönümü ilə bağlı görüntüsü @Report.az

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 36 il keçir.

1987-ci ilin sonlarından etibarən yenidən gündəmə gətirilən qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş proseslərin dərinləşməsinə səbəb olmuşdu. Bu vəziyyət regionda gərginliyi artırmış, genişmiqyaslı ictimai narazılıqlara yol açmışdı.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının silahlı birləşmələri Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridildi. Dinc əhaliyə qarşı ağır texnika və müxtəlif növ silahlardan istifadə olundu.

Hadisələr nəticəsində 147 nəfər öldürülüb744 nəfər yaralanıb. Həlak olanlar arasında qadınlar, uşaqlar, yaşlı insanlar, həmçinin tibb işçiləri də olub. Şəhər və rayonlarda genişmiqyaslı dağıntılar qeydə alınıb.

Faciədən sonra 20 Yanvar hadisələrinə yalnız bir neçə il keçdikdən sonra dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Sonrakı illərdə Azərbaycan dövlətinin siyasətində ərazi bütövlüyü və milli suverenliyin bərpası əsas prioritetlərdən biri kimi müəyyən edilib. 

Xatırladaq ki, hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir.

Xatırladaq ki, hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Mediahub.az Mediahub.az — aktual press-relizlər, analitik materiallar və əsas sahələr üzrə xəbərlər təqdim edən aparıcı xəbər portalıdır. İqtisadiyyat, biznes, mədəniyyət, elm, texnologiya, turizm, ekologiya və digər mövzularda ən son məlumatları bir araya gətiririk. Mediahub.az — hər zaman məlumatlı qalmaq üçün etibarlı mənbənizdir!