Mileniallarda xərçəng halları artıb – alimlər əsas səbəbi açıqladı
Yeni araşdırmaya görə, mileniallarda erkən yaşda xərçəng halları artıb. Alimlər bunun səbəbini qidalanma, stress və yuxu azlığında görür.
Mileniallarda xərçəng halları artıb – alimlər əsas səbəbi açıqladı
«Independent» yazır ki, 1981–1995-ci illər arasında doğulan milenial nəsil valideynlərindən daha çox xərçəng riski daşıyır. 1990–2019-cu illər arasında 50 yaşdan aşağı şəxslərdə erkən xərçəng halları dünyada 79 faiz, ölüm halları isə 28 faiz artıb.
Alimlər bildirir ki, təxminən 80 faiz xərçəng halları irsi deyil, ətraf mühit və həyat tərzi amilləri ilə bağlıdır. Yəni, məsələ genetik yox, gündəlik vərdişlərimizdədir – nə yeyirik, necə yatırıq, nə qədər stress keçiririk.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Əsas amillərdən biri artıq çəki və uşaqlıq piylənməsidir. ÜST-ün məlumatına görə, 2022-ci ildə 390 milyon uşaq artıq çəkidən əziyyət çəkib, onların 160 milyonu piylənmə diaqnozu alıb. Bu, hormon balansını pozur və bağırsaq, döş və ya uşaqlıq daxili xərçəng riskini artırır.
Yüksək bədən kütlə indeksi uşaqlıqda formalaşdıqda, illər sonra kolon xərçəngi riski kişilərdə 39%, qadınlarda isə 19% artdığı müşahidə olunub. Qidalanma tərzinin dəyişməsi bağırsaq mikroflorasına da mənfi təsir edir – çox emal olunmuş məhsullar iltihab yaradan bakteriyaları artırır.
İkinci böyük risk faktoru alkoqoldur. Alimlər təsdiqləyir ki, alkoqolun təhlükəsiz dozası yoxdur. Orqanizmdə etanolun parçalanması nəticəsində yaranan asetaldehid DNT-yə zərər verir. Maraqlıdır ki, mileniallar az-az içsələr də, çox içmə halları (binge drinking) daha geniş yayılıb.
Üstəlik, bu nəsil az və keyfiyyətsiz yatır – ekranlara gecə baxmaq melatonin ifrazını azaldır. Melatoninin azalması hüceyrələrin bərpasını və DNT müdafiəsini zəiflədir.
Stress də vəziyyəti ağırlaşdırır. Yüksək kortizol səviyyəsi immuniteti zəiflədir, xroniki iltihab yaradır və gizli xərçəng hüceyrələrini “oyadır”. Araşdırmalar göstərir ki, daimi stress keçirənlərdə xərçəngdən ölüm riski iki dəfə çoxdur.
Mileniallar arasında özbaşına dərman qəbulu da artıb. Paratsetamolun çox istifadəsi qaraciyər zədələnməsini, uzunmüddətli kontraseptivlərin istifadəsi isə döş və uşaqlıq boynu xərçəngi riskini artırır. Eləcə də antibiotik və turşu əleyhinə dərmanların çox istifadəsi həzm sistemi xərçənglərinə səbəb ola bilər.
Proqnozlar narahatedicidir: 2022-ci ildə 20 milyon olan xərçəng halları 2050-yə qədər 35 milyona çata bilər. Ən çox artım həzm və ginekoloji şişlərdə müşahidə olunur.
Bir sözlə, biz “tez nəticə istəyən” nəsilik, amma vəziyyəti dəyişmək üçün gec deyil. Sağlam qidalanma, yetərli yuxu və stressin azaldılması gələcək sağlamlığımız üçün real şansdır.
Bu xəbəri necə dəyərləndirirsiniz?

