Rusiya raket zərbəsi Ukraynada ABŞ elektronika şirkətinin zavodunu vurub. Dağıntılar və insan itkiləri qeydə alınıb.
Polşada düşən hərbi dronun Belarusdan daxil olduğu iddia edilir. Prokuror Truseviç yeni şahidlərin dindirildiyini və sübutların toplandığını açıqlayıb.
NATO müdafiə rəhbərləri Ukraynaya təhlükəsizlik zəmanətləri müzakirə edib. Rusiya isə xəbərdarlıq edir: bu danışıqlar Rusiyasız nəticəsizdir.
ABŞ apellyasiya məhkəməsi Tramp administrasiyasının xeyrinə qərar çıxararaq 60 min miqrantın müvəqqəti statusunu saxlayan hökmü dayandırdı.
Microsoft-un qərargahında işçilər İsrail ilə əməkdaşlığa etiraz aksiyası keçirib. Onlar şirkətdən bütün əlaqələrin dayandırılmasını tələb edirlər.
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin dörd əməkdaşına yeni sanksiya tətbiq edib. Vaşinqton ICC istintaqlarını tanımadığını bir daha bəyan etdi.
Polşa prezidenti Navrotski 3 sentyabrda ABŞ-da Donald Tramp ilə görüşəcək. Əsas müzakirə mövzuları hərbi və enerji təhlükəsizliyi olacaq.
İsrail hökuməti Qərb sahilində 6900 yeni evin tikintisini təsdiqlədi. Plan beynəlxalq reaksiyalara səbəb olub və iki dövlətli həllə zərbə sayılır.
Belarus və İran liderləri Minskdə müdafiə və iqtisadi sahələrdə əməkdaşlıq barədə 13 saziş imzaladılar. Əsas hədəf – sanksiyaların təsirini azaltmaq.
Polşanın Osiny kəndinə Rusiya dronu düşüb, güclü partlayış törədib. Xəsarət alan olmayıb, NATO məlumatlandırılıb, rəsmi Varşava Moskvaya etiraz edəcək.
Yokohamada keçirilən TICAD sammitində Yaponiya lideri Afrikanı üzvi şəkildə qlobal iqtisadiyyətə bağlayacaq yeni zona təşəbbüsünü elan etdi.
1 dekabrdan Niderland 300 əsgər və iki «Patriot» batareyasını Polşaya göndərir. NATO missiyası Ukraynaya dəstək və Rusiya təhdidlərinin qarşısını almağa yönəlib.
Litvanın Müdafiə Nazirliyi yeni qanun əsasında Ukraynaya hərbi təlimçilər göndərə biləcəyini açıqlayıb. Missiyanın sayı siyasi qiymətləndirmədən asılı olacaq.
Böyük Britaniya Qırğızıstan bankı və kriptoaktiv şəbəkələrinə sanksiya tətbiq edib. Moskva isə 21 şəxsə qarşı cavab addımı atıb.
Putin və Zelenski altı ildən sonra ilk dəfə üz-üzə gələ bilərlər. ABŞ dəstəyi ilə müzakirələr gedir, görüşün mümkün məkanları Budapeşt, İsveçrə və İstanbuldur.
Donald Tramp ABŞ-da polad, dərman və yarımkeçiricilərə yüksək idxal tarifləri nəzərdən keçirir. Çiplərdə isə 300%-lik rüsum gündəmdədir.
ABŞ Dövlət Departamenti Qəzza sakinlərinə tibbi-humanitar vizaların verilməsini dayandırıb. Qaydalara yenidən baxış prosesi başlayıb.
«Gürcü Arzusu» partiyasının Batumi merliyinə namizədi bəlli oldu - 32 yaşlı hüquqşünas Tornike Paqava. Onun biznes əlaqələri və gənc yaşı seçimdə uğur qazanmasına kömək edəcəkmi?
Cənubi Koreyanın Müdafiə Nazirliyi hesabatına görə, əsgər sayı 6 ildə 20% azalıb. 2025-ci ildə lazım olan 500 min əsgər yerinə cəmi 450 min nəfər var. Ən kritik vəziyyət gizirlərdədir - 21 min nəfərlik boş yer!
Donald Trampın (Donald Trump) administrasiyası UCLA-dan 1 milyard dollar təzminat tələb edir. Ədliyyə Nazirliyi antisemitizm və irqi bərabərlik pozuntularına görə universitetə qarşı ittiham irəli sürüb.
ABŞ Prezidenti Donald Trampın əmri ilə FBI 120 agentini Vaşinqton küçələrinə göndərib. Bu qərar yerli hakimiyyət orqanlarının etirazlarına baxmayaraq həyata keçirilib.
Böyük Britaniya və Hindistan arasında 3 illik danışıqlardan sonra 6 milyard funt dəyərində ticarət müqaviləsi imzalandı. Saziş Böyük Britaniyada 2200 yeni iş yeri yaradacaq və viski, avtomobil və kosmetika üzrə gömrük rüsumlarını azaldacaq.
Çin Milli Səhiyyə Təminatı İdarəsi 14-cü Beşillik Plan dövründə səhiyyə sığortasının 95% əhatə dərəcəsini qoruduğunu elan edib. 2024-cü ilə olan məlumata görə, ümumi qeydiyyat 1.327 milyard nəfərə çatıb.
ABŞ-da keçirilən sorğu göstərdi ki, vətəndaşların 79%-i federal Epstein işi ilə bağlı bütün sənədlərin açıqlanmasını tələb edir. Trumpın adının sənədlərdə olub-olmaması isə mübahisə mövzusudur.
ABŞ Yaponiyadan müdafiə xərclərini ÜDM-in 3.5%-nə çatdırmağı tələb edib. Tokio isə cavab olaraq yüksək səviyyəli görüşü təxirə salıb.