Linux nüvəsində yeni «MEMINSPECT»: yaddaş analizini asanlaşdıran mexanizm təqdim edildi
Linux üçün təklif edilən «MEMINSPECT» yaddaş analizini və sazlamanı sadələşdirməyi hədəfləyir. Linaronun təqdim etdiyi 26 yamaq böyük maraq doğurub.
Linux nüvəsində yaddaş analizini asanlaşdıran «MEMINSPECT» mexanizmi təklif edilib
«Phoronix» yazır ki, Linaro mühəndisi Eugen Hristev Linux nüvəsi üçün yaddaşın araşdırılması və sazlanmasını yüngülləşdirən yeni «MEMINSPECT» mexanizmini təklif edən 26 yamaqlı paket göndərib.
Hristevin sözlərinə görə, «meminspect» kernelə müəyyən yaddaş bölgələrini qeyd etməyə, onları istənilən anda analiz etmək, statistikasını toplamaq və istifadə vəziyyətini izləmək imkanı verir. Qeyd olunan bölgələr ayrıca cədvəldə saxlanır və istənilən sürücü həmin API vasitəsilə onlara çata bilir.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Ən vacib məqam isə budur: sistem işlək vəziyyətdə olarkən bölgələr öncədən qeyd olunduğundan, nə panik vəziyyətində çalışan handler-lərə, nə də tam funksional nüvəyə ehtiyac qalır. Bir sözlə, çətin şəraitdə belə debugging mümkündür.
Pstore və kdump kimi mexanizmlərin işləmədiyi cihazlarda «meminspect» real çıxış yolu ola bilər. Məsələn, bəzi qurğular yenidən yüklənəndə RAM-ı saxlamır, bəzilərində isə kexec işləmədiyindən ikinci nüvəni işə salmaq mümkün olmur.
MEMINSPECT yalnız qeyd olunmuş yaddaş bölgələrini əhatə edən xüsusi core-image yarada bilir. CRASH_DUMP=y aktivdirsə, bu fayl GDB və ya crash alətinə yüklənib təhlil edilir. Bütün zəruri struktur məlumatı isə mexanizm işə düşərkən kernel tərəfindən avtomatik qeyd olunur.
Bu təklif əvvəlki RFC mərhələsindən sonra daha yetkin formaya gətirilib və hazırda geniş müzakirə üçün LKML-ə təqdim olunub. Əslində sual hələ açıq qalır: MEMINSPECT nə vaxt rəsmi nüvəyə daxil olacaq?
Bu xəbəri necə dəyərləndirirsiniz?

