Florida sahillərində 1 milyon dollarlıq qızıl sikkələr tapılıb

Florida sahillərində batmış 1715-ci il ispan donanmasından 1 milyon dollarlıq qızıl və gümüş sikkələr tapılıb. Tapıntılar laboratoriyada təmizlənir və sənədləşdirilir.

09.10.25 - 08:15
 0  14
Florida sahillərində 1 milyon dollarlıq qızıl sikkələr tapılıb
Florida sahillərində 1715-ci il ispan donanmasının batdığı ərazidə tapılan sikkələr @independent.co.uk

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Florida sahillərində batmış ispan donanmasından 1 milyon dollarlıq xəzinə tapılıb

«Independent» xəbər verir ki, Florida sahillərində xilasedicilər 1715-ci ildə batmış İspaniyanın qızıl və gümüş yüklü donanmasının izləri arasında təxminən 1 milyon dollar dəyərində sikkələr aşkarlayıblar.

«1715 Fleet – Queens Jewels LLC» şirkətinin dalğıcları Boliviya, Meksika və Peruda zərb olunmuş minlərlə qızıl və gümüş sikkə tapıblar. ABŞ federal məhkəməsi bu şirkətə 1715-ci ildə batmış gəmilərin bərpası üzrə eksklüziv hüquq verib.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Tapıntılar xüsusi laboratoriyada təmizlənir: elektrik üsulu ilə duz və oksidlər uzaqlaşdırılır, hər sikkə şəklə salınır və qeydiyyata alınır. Sənədlərdə üzərindəki nişanələr, tarix, hökmdar, çəkisi və tapıldığı yer göstərilir.

Rəsmilər tərəfindən seçilən eksponatlar ictimai sərgilərdə nümayiş olunur. Qanunlara əsasən, belə xəzinələrin təxminən 20 faizi Florida ştatına, qalan hissəsi isə xilasedicilərə çatır.

Xəzinə axtarışı bölgə üçün qədim ənənədir. Melburn və Fort Pirs arasında yerləşən sahil təsadüfi deyil «Treasure Coast» – «Xəzinə sahili» adlanır. Burada illər ərzində milyonlarla dollar dəyərində qədim sikkələr tapılıb.

Florida qanunvericiliyinə görə, icazəsiz qazıntı aparmaq və ya dövlətə məxsus sualtı ərazilərdən nəsə çıxarmaq cinayət sayılır. Lisenziyalar yalnız arxeoloji tələblərə cavab verən şəxs və təşkilatlara verilir. Sakinlər sahilləri müşahidə edib məlumat verməyə çağırılır – amma toxunmadan, çünki “əsl xəzinə onu hamı ilə bölüşməkdir”.

Şirkətin əməliyyat direktoru Sal Quttuso bildirib ki, bu iş dalğıclar üçün çox vaxt yarı-zamanlı məşğuliyyətdir. Onlar yayda dənizə enir, qışda isə başqa işlərlə məşğul olurlar. Tapılan sikkələr gələcək mövsümlərin xərcini ödəməyə kömək edir.

2015-ci ildə bu sahildə 350-dən çox qızıl sikkə tapılmışdı, onların bəziləri 250 min dollara satılmışdı. Florida sahilləri hələ də xəzinə axtaranların xəyalını qızışdırır. Dənizin dərinliklərində hələ nələr gizlənib, kim bilir?

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.