Cloudflare ən böyük DDoS hücumunu zərərsizləşdirdi – 22 Tbps rekord!

Cloudflare tarixdəki ən böyük DDoS hücumunu dəf edib: 22 Tbps sürət və 10,6 mlrd paket/saniyə ilə rekord qeydə alındı. Real zərər baş verməyib.

29.09.25 - 09:14
 0  2
Cloudflare ən böyük DDoS hücumunu zərərsizləşdirdi – 22 Tbps rekord!
Cloudflare tarixdə ən böyük DDoS hücumunu zərərsizləşdirdiyini açıqlayıb @techradar.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Cloudflare tarixdə ən böyük DDoS hücumunu dayandırdı – 22 Tbps rekord sürət!

«TechRadar» xəbər verir ki, Cloudflare indiyədək qeydə alınmış ən böyük DDoS hücumunu uğurla zərərsizləşdirib. Hücum cəmi 40 saniyə davam etsə də, sürəti 22,2 terabit/saniyə və 10,6 milyard paket/saniyəyə çataraq dünya rekordunu qırıb.

DDoS hücumları əsasən sistem və şəbəkə resurslarını saxta trafiklə doldurur, nəticədə real istifadəçilər üçün xidmətlərə giriş çətinləşir. Bu dəfə də hücumun qısa müddətli olmasına baxmayaraq, həcmin böyüklüyü diqqət çəkib.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

«Bleeping Computer» bunu bir anda bir milyon 4K video yayımlanması ilə müqayisə edib. Paketlərin sayı isə sanki Yer üzündə hər kəs hər saniyə bir dəfə internet səhifəsini yeniləyirmiş kimi təsvir olunub.

Cloudflare-in təqdim etdiyi qrafikdə hücumun saniyələr içində pik həddə çatdığı, 22 Tbps səviyyəsində qısa müddət sabit qaldığı və daha sonra qəfil düşdüyü görünür.

Şirkətin açıqlamasına görə, sistem hücumu avtomatik aşkarlayıb və tam müdaxiləsiz dayandırıb. Maraqlıdır ki, cəmi üç həftə əvvəl Cloudflare daha kiçik miqyaslı – 11,5 Tbps sürətli və saniyədə 5,1 milyard paketlik başqa bir rekord hücumun da qarşısını almışdı. İndi isə yeni göstəricilər həmin hücumdan ikiqat böyükdür.

Hücumun konkret mənbəyi və hədəfi açıqlanmasa da, məlumatlara əsasən real zərər qeydə alınmayıb. Bununla belə, mütəxəssislər bildirirlər ki, bu qədər yüksək həcmli hücumların dəf edilməsi çox çətin olur, çünki firewall və router kimi avadanlıqlar belə yükə tab gətirmir.

Ekspertlər hesab edir ki, bu tendensiya rəqəmsal təhlükəsizlik sahəsində daha sərt və amansız mərhələnin başlandığını göstərir.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.