Aİ-nin «Chat Control» qərarı: məxfilik mübahisəsi yenidən qızışır

Aİ Şurası uşaq istismarı ilə mübarizə üçün «Chat Control» sənədini irəli aparır, lakin məxfilik tərəfdarları kompromisdən narazıdır.

05.12.25 - 08:16
 0  3
Aİ-nin «Chat Control» qərarı: məxfilik mübahisəsi yenidən qızışır
Aİ-nin «Chat Control» müzakirələri fonunda kibertəhlükəsizlik təsviri @cointelegraph.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Aİ «Chat Control» sənədini irəli aparır - məxfilik tərəfdarları narazıdır

Aİ Şurası uşaq istismarı ilə bağlı materialların aşkar edilməsini hədəfləyən «Chat Control» sənədini irəli aparmaq barədə razılığa gəlib. Bu məlumatı «Cointelegraph» yayıb.

Üzv dövlətlərin 2025-ci ilin sonunda əldə etdiyi razılaşma illərlə davam edən fikir ayrılığını yumşaltmaq məqsədi daşıyır. Sənəd onlayn platformaların uşaq istismarı ilə bağlı materialları aşkarlamaq üçün hansı hallarda istifadəçi mesajlarını skan etməli olduğunu müəyyənləşdirəcək. Amma bir məqam diqqət çəkir: məcburi skan tələbi mətnin son variantından çıxarılıb.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Danimarkanın ədliyyə naziri Peter Hummelqaard bildirib ki, hər il milyonlarla istismar faylı paylaşılır və buna göz yummaq mümkün deyil. Eyni zamanda mətnə xüsusi qeyd əlavə olunub: «Bu Tənzimləmə heç bir halda provayderlər üçün aşkarlama öhdəliyi yaratmır».

Yenilənmiş layihə Aİ-də Uşaq Seksual İstismarı üzrə yeni Mərkəzin yaradılmasını nəzərdə tutur və xidmət provayderləri bu qurumla əməkdaşlıq etməli olacaqlar. Bununla belə, «könüllü aşkarlama»nın hüquqi əsası müddətsiz uzadılır. Bir sözlə, məcburi deyil, amma tam da könüllü deyil.

Danimarka nümayəndə heyəti ən çox mübahisə yaradan elementi - bütün şəxsi yazışmaların total skanını - çıxarmağa nail olub. Əvvəlki variantda «Signal», «WhatsApp» kimi tam şifrələnmiş tətbiqlər istifadəçi mesajlarını sistemli şəkildə yoxlamalı idi.

Bununla belə, kompromis hər iki tərəfi narazı qoyub. Hüquq-mühafizə orqanları bildirir ki, tam şifrələnmiş servislərdə istismar materialları hələ də gizlənəcək. Rəqəmsal hüquqlar qrupları isə razılaşmanın özəl yazışmaların geniş nəzarətə açılmasına şərait yaratdığını deyir.

Avropa Parlamentinin LIBE komitəsinin rəhbəri Xavyer Zarsalexo danışıq prosesinin dərhal başlanmasına çağırıb. O bildirib ki, həm uşaqları qoruyan, həm də şifrələməni nəzərə alan balanslı çərçivə qurulmalıdır.

Sənəd tənqidçilərsiz ötüşməyib. Hollandiyanın sabiq deputatı Rob Roos Şuranın addımını «şərqi alman yanaşması» adlandıraraq 450 milyon Aİ vətəndaşının məxfilik hüququnun risk altında olduğunu deyib. Pavel Durov isə əlavə edib ki, Aİ rəsmiləri özlərini bu monitorinqdən azad edir və bunu «kütləvi nəzarətə yol açan» addım kimi qiymətləndirib.

Qlobal səviyyədə də məxfilik vasitələrinə təzyiq artır. Avropa və ABŞ orqanları «Tornado Cash» və «Samurai Wallet» kimi layihələrə qarşı sərt addımlar atır. Bu fonunda Vitalik Buterin rəqəmsal məxfiliyi əsas dəyər adlandıraraq «Session» və «SimpleX Chat» layihələrinə əhəmiyyətli ianələr edib.

«Session» rəhbərliyi bildirib ki, həm tənzimləmə, həm də texniki proseslər şəxsi yazışmaların gələcəyini təhlükəyə qoyur. Onların sözlərinə görə, bu mübarizədə əsas məsələ qlobal maarifləndirmədir. Əslində bu sual hələ açıq qalır: təhlükəsizliklə məxfilik arasında sərhəd haradadır?

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.