ABŞ-da quş qripi yenidən yayılır – yumurta qiymətləri bahalaşır

ABŞ-da quş qripi halları sürətlə artır. Mütəxəssislər xəbərdarlıq edir: bu proses yumurta qiymətlərinin 2026-cı ildə 24% bahalaşmasına gətirə bilər.

17.10.25 - 10:33
 0  11
ABŞ-da quş qripi yenidən yayılır – yumurta qiymətləri bahalaşır
ABŞ-da quş qripi ilə bağlı tələf olan quşların təsərrüfat mənzərəsi @independent.co.uk

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

ABŞ-da quş qripi halları artır – yumurta qiymətləri yenidən bahalaşa bilər

«Independent» xəbər verir ki, ABŞ-da quş qripi halları bu il gözləniləndən daha tez artmağa başlayıb və bu, yumurtanın qiymətini yenidən bahalaşdıra bilər. Milyonlarla quşun məhv edilməsi bazar sabitliyini pozub, qiymətlər gah yüksəlir, gah enir.

Yüksək patogenli H5N1 virusu 2022-ci ildən bəri həm quşçuluq təsərrüfatlarına, həm də vəhşi təbiətə ciddi zərbə vurub. Fermerlər bu xəstəliyi həm bioloji təhlükə, həm də iqtisadi itki kimi dəyərləndirirlər.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Mütəxəssislərə görə, infeksiya bu mövsüm daha erkən başlanıb, bu da həm istehsal sahəsinə, həm də qiymətlərə təzyiq yaradır. Sirakuz Universitetinin professoru Patrik Penfild bildirib ki, bazarda artıq aydın mövsümi dəyişiklik müşahidə olunur: payız-qışda qiymətlər ikiqat artır, yayda isə nisbətən enir.

Onun proqnozuna əsasən, 2026-cı ildə yumurta qiymətləri ümumilikdə 24 faiz bahalaşa bilər. Cari ilin əvvəlində ABŞ-da 23 milyon quşun kütləvi şəkildə məhv edilməsi onikilik yumurtanın qiymətini 6 dollara qədər qaldırmışdı, hazırda isə qiymətlər 1,20 dollardan aşağı enib – bu, son iki ilin ən aşağı göstəricisidir.

ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, vəziyyət hələ də qeyri-sabitdir. 2025-ci ilin yayına qədər ölkədə təxminən 175 milyon ev quşu tələf olub və virus Avropada da yayılmaqdadır. APHIS xidməti bildirir ki, infeksiya halları xüsusilə köç mövsümündə artır – vəhşi quşlar virusu müxtəlif regionlara daşıyır.

Mart ayında ABŞ-da ilk dəfə quş qripi iribuynuzlu heyvanda aşkar edilib. Sonradan 17 ştatda 900-dən çox təsərrüfatda virus qeydə alınıb. Böyük Britaniyada RSPB təşkilatına görə, inəklərdə simptomlar yüngül keçir, bu isə virusun yayılmasını asanlaşdırır. Bu il İngiltərədə ilk dəfə qoyunlarda da yoluxma halları qeydə alınıb.

Virus son illərdə başqa heyvanlara da keçib. Argentinada təxminən 18 min dəniz fili tələf olub, oxşar hallar Subantarktikadakı Cənubi Corciyada da müşahidə olunur. Kornel Universitetindən Amandin Qambıl bildirib ki, bəzi dəniz quşları, o cümlədən böyük skua növü demək olar yox olmaq üzrədir.

Ekspertlər xəbərdarlıq edir ki, bu itkilərin ekoloji təsiri uzun illər hiss olunacaq. İnsanlarda da yoluxma halları artmaqdadır – 2024-cü ildə ABŞ-da 67 nəfər, əsasən quşçuluq işçiləri xəstələnib. Hələ ki, insandan insana yoluxma müşahidə edilməyib, lakin bu baş verərsə, yeni pandemiya riski yarana bilər.

Braun Universitetindən Cennifer Nuçço qeyd edib ki, H5N1 virusu dəyişərək insanlar arasında yayıla biləcək formaya keçərsə, dünyada vəziyyət yenidən kritik ola bilər. Bir sözlə, quş qripi artıq yalnız quşların problemi deyil – bu, gələcək üçün ciddi xəbərdarlıqdır.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.