50 illik sirrə nöqtə qoyuldu – alimlər yeni qan qrupu kəşf etdilər!
Alimlər 50 ildən sonra yeni qan qrupu sistemini – “MAL” qrupunu müəyyən ediblər. Bu kəşf nadir xəstələr üçün həyati əhəmiyyət daşıyır və diaqnostikada inqilab yarada bilər.

Alimlər 50 ildən sonra yeni qan qrupu aşkar etdilər – “MAL” sistemi rəsmi olaraq təsdiqləndi
“ScienceAlert”-ə istinadən “Mediahub.az” xəbər verir ki, alimlər 50 il əvvəl ilk dəfə müşahidə edilən qəribə qan nümunəsinin sirrini açaraq yeni qan qrupu sistemini – “MAL” qrupunu müəyyən ediblər.
1972-ci ildə hamilə qadının qanında AnWj adlı antigenin olmaması elm adamlarını çaşdırmışdı. Bu molekul insanların 99.9%-ində mövcuddur. Araşdırmalar nəticəsində məlum olub ki, bu antigen “MAL” adlı genlə əlaqəlidir.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
İngiltərə və İsraildən olan tədqiqatçılar genetik mutasiyaya görə bu antigenin yox ola bildiyini, bəzən isə qan xəstəlikləri nəticəsində sıxışdırıldığını aşkar ediblər. Üç xəstədə bu hal mutasiyasız da müşahidə olunub.
“Bu kəşf nadir, lakin vacib xəstələr üçün düzgün qan köçürməsi və diaqnoz baxımından çox önəmlidir” – deyə NHS hematoloqu Luis Tilli bildirib. Onun bu mövzuda araşdırması 20 ilə yaxın davam edib.
İndi isə bu mutasiya genetik və ya sonradan qazanılmış səbəblərlə bağlıdırmı – bunu müəyyən etmək mümkündür. Bu isə əlavə tibbi problemləri vaxtında aşkarlamağa imkan verə bilər.
Bu xəbəri necə dəyərləndirirsiniz?






