Z nəsli «ağıllı eynəklərə» etiraz edir – gizlilik qorxusu artır
Meta «Ray-Ban» ağıllı eynəkləri Z nəslində məxfiliyə dair narahatlıq yaradıb. Araşdırmalar göstərir ki, satış artsa da, etiraz səsi güclənir.

Z nəsli «ağıllı eynəklərə» qarşı çıxır – məxfiliyə təhlükə böyüyür
«Techspot» xəbər verir ki, ictimai yerlərdə kamera ilə təchiz edilmiş ağıllı eynəklər normal hal almağa başlayıb, lakin bu, Z nəslində ciddi narahatlıq yaradır. Xüsusilə Meta Ray-Ban modelləri gənclər tərəfindən məxfiliyə açıq təhlükə kimi dəyərləndirilir.
Texnologiya şirkətləri cihazı rahatlıq və əl sərbəstliyi ilə təqdim etsələr də, etiraz böyüyür: xəbərsiz çəkilmək və şəxsi məlumatlara nəzarətin itməsi qorxusu geniş müzakirələrə səbəb olur. Məsələ bu ay daha da gündəmə gəlib – Manhettendə bir TikTok istifadəçisi estetik prosedur zamanı əməkdaşın Meta Ray-Ban taxdığını görüb narahatlıq yaşayıb. Şirkət isə əməkdaşların prosesi zamanı cihazların söndürüldüyünü bildirib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Sosial şəbəkələrdə yayılan narazılıqların içində Vanessa Orozco-nun paylaşdığı video 10 milyon baxış toplayıb və xidmət sahəsində gizlicə çəkilmə təhlükəsini aktuallaşdırıb. Bir çox gənc fikrini belə ifadə edib: “Bunlar yox olmalıdır!”
Əslində bu ideya yeni deyil. Google Glass illər əvvəl uğur qazanmayıb. Bununla belə, indi həm Google, həm də Meta startaplarla birlikdə yeni modellər üzərində işləyir, kamera, mikrofon və süni zəka ilə təchizat artırılır. Kontent yaradanlar üçün bu cihazlar faydalı sayılsa da, Z nəslinin etirazı davam edir.
Meta sözçüsü Maren Thomas bildirib ki, çəkiliş aktiv olanda mütləq işıq yanır və onu bağlamaq mümkün deyil. Amma gənclər bu təminata inanmır. 22 yaşlı Opal Nelson qeyd edib ki, internetdə işığın söndürülmə yolları dolaşır və bu, narahatlıqları artırır.
Araşdırmaçılara görə, nəsillərarası fərq də mühüm rol oynayır. «Data & Society» institutunun direktoru Elis Marvikin fikrincə, millennial-lar daha açıq paylaşım edirlər, amma Z nəsli daha ehtiyatlıdır və gələcək iş-təhsil imkanlarını nəzərə alaraq, gizliliyə daha çox üstünlük verir.
Bütün narazılıqlara baxmayaraq, Meta Ray-Ban eynəkləri ABŞ bazarında yaxşı satılır. IDC məlumatlarına əsasən, 2025-ci ilin sonunadək satışlar 4 milyon ədədə çata bilər. 2024-cü ildə bu rəqəm yalnız 1,2 milyon idi. «Sprout Social»un hesablamasına görə, avqust ayındakı paylaşımların 75 faizi müsbət və ya neytral olub. Lakin gənclərin narahat səsi hələ də üstünlük təşkil edir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






