Yeni “SpiNNaker 2” superkompüteri ABŞ-da işə salındı – 180 milyon neyronlu model
ABŞ-da “SpiNNaker 2” adlı yeni superkompüter işə salınıb. 10,5 milyon nüvə və 180 milyon neyron modelləşdirmə qabiliyyəti ilə bu sistem süni zəka sahəsində böyük dəyişiklik vəd edir.

ABŞ-da “SpiNNaker 2” superkompüteri işə salındı – 180 milyon neyronlu süni beyin
“iXBT”-yə istinadən “Mediahub.az” xəbər verir ki, ABŞ-ın Sandia milli laboratoriyasında 10,5 milyon nüvəli yeni superkompüter – “SpiNNaker 2” istismara verilib.
Almaniyanın “SpiNNcloud” şirkəti tərəfindən hazırlanmış sistem insan beyninin arxitekturasından ilham alıb və 180 milyon neyronu modelləşdirmək gücünə malikdir. Bu, real vaxtda mürəkkəb simulyasiyalar üçün əhəmiyyətli addımdır.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Sistem nə ilə fərqlənir? O, nə əməliyyat sistemi, nə də disklər istifadə edir – bütün məlumatlar operativ yaddaşda emal olunur, çiplər isə birbaşa Ethernet üzərindən əlaqələndirilir.
Əsas üstünlük isə enerji səmərəliliyidir. Şirkətin rəhbəri Ektor A. Qonsalesin sözlərinə görə, “SpiNNaker 2” milli təhlükəsizlik və müdafiə sahəsində tətbiqlər üçün idealdır.
Bu texnologiya gələcəkdə süni zəka ilə bioloji sistemlərin səmərəliliyini birləşdirən yeni nəsil hesablama platformalarının əsasını qoya bilər.
Bu xəbəri necə dəyərləndirirsiniz?






