Xbox-ın 25 illiyi ərəfəsində böyük anonslar gözlənilir

Xbox-ın qurucularından biri Jason Ronald 2026-cı ildə, platformanın 25 illiyində mühüm yeniliklər olacağını anonslara işarə edərək bildirib.

15.12.25 - 09:24
 0  4
Xbox-ın 25 illiyi ərəfəsində böyük anonslar gözlənilir
Xbox Ally X əl konsolunun görüntüsü @windowscentral.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Xbox-ın 25 illiyi ərəfəsində böyük anonslara işarə edilib

«WindowsCentral» xəbər verir ki, Xbox Ally X əl konsolunu təqdim edən BBC videosunda şirkətin oyun cihazları və ekosistem üzrə vitse-prezidenti Ceyson Ronald növbəti ilə dair maraqlı açıqlamalar verib.

Materialda müxbir Tom Gerken yeni cihazı sınaqdan keçirərək Windows oyunlarında və Game Pass bulud xidməti üzərində necə işlədiyini nümayiş etdirib. Amma ən diqqətçəkən an məhz Ronaldın qısa müsahibəsi olub.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

O bildirib ki, oyunçuların vərdişləri, sənayedəki tendensiyalar və texnologiyanın hazırkı səviyyəsi nəhayət əl tipli Xbox cihazını real seçimə çevirir. Gerken isə söhbəti daha da irəli apararaq geri uyğunluğun genişlənib-genişlənməyəcəyini soruşub. «Gələcəkdə daha çox orijinal Xbox oyunu Game Pass-ə gələ bilərmi?» sualı Ronaldı bir anlığa susdursa da, o ümidi artıran cavab verib.

Ronald deyib: «Bu gün heç nə elan edə bilmərəm, amma 2026 Xbox-ın 25 illiyidir və biz bu irsi qeyd etmək, həm də Xbox ekosisteminin gələcəyini müəyyənləşdirmək istəyirik».

O ardınca belə əlavə edib: «Sualınızı təsdiqləyə də bilmərəm, təkzib də. Sadəcə gözləyin. Gələn il çox maraqlı yeniliklər paylaşacağıq».

Bir sözlə, konkret açıqlama olmasa da, geri uyğunluğun genişlənməsi ilə bağlı ümid bir qədər də artıb. Xbox-ın 25 illik yubileyi yaxınlaşır və görünür, cavab üçün çox da gözləmək lazım olmayacaq.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.