Valve üç yeni Steam cihazı ilə bazarı silkələyir - qiymətlər sürpriz ola bilər!

Valve gələn il üç yeni Steam cihazı buraxacaq: Steam Machine, Controller və VR başlıq. Ucuz qiymət Microsoft və Meta üçün real risk yaradır.

17.11.25 - 09:29
 0  2
Valve üç yeni Steam cihazı ilə bazarı silkələyir - qiymətlər sürpriz ola bilər!
Valve-ın yeni Steam avadanlıqlarına dair təqdimat görüntüsü @geekwire.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Valve üç yeni Steam cihazı ilə bazara qayıdır - Microsoft və Meta üçün yeni rəqib

«Geekwire» yazır ki, Steam Deck-in uğurundan sonra Valve növbəti addımını çox da gecikdirmədi və 2025-ci ildə üç yeni cihaz təqdim edəcəyini açıqladı.

Şirkət bildirir ki, yeni Steam Machine qonaq otağı üçün nəzərdə tutulmuş kompakt kompüterdir, Steam Controller daha dayanıqlı idarəetmə qurğusudur, Steam Frame isə tam müstəqil VR başlığı olacaq. Valve-ın sözlərinə görə, Steam Machine Deck-dən altı dəfə güclüdür.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Əsas sual, əlbəttə ki, qiymətdir. Steam Deck-in populyarlığının ən ciddi səbəblərindən biri onun münasib qiyməti idi. 399 dollardan başlayan model bazarda rəqiblərini xeyli çətinliyə salmışdı. Bəs yeni cihazlarda da eyni yanaşma saxlanılacaqmı?

Əgər Valve bu dəfə də cibləri yormayan strategiyanı seçsə, vəziyyət Microsoft üçün o qədər də xoş olmayacaq. Çünki şirkət artıq 2027-ci il üçün yeni nəsil Xbox planlarını müzakirə edir. Xbox-ın Windows əsaslı sistemə keçməsi oyunçular arasında əlavə narazılıq yaradıb və bir çoxları çıxış yolu axtarır.

Valve isə məhz bu boşluğu tutmaq niyyətindədir. Steam Machine Linux üzərində işləyir və heç bir fiziki disk qəbul etmir - yalnız rəqəmsal Steam kitabxanası ilə işləyir. Monitoru və klaviaturanı qoşursan, sistem avtomatik olaraq Plasma masaüstünə keçir. Bir sözlə, həm konsol, həm kompüter.

VR tərəfində isə Steam Frame birbaşa Meta Quest seriyasına meydan oxuyur. Meta hazırda həm ən güclü, həm də ən ucuz VR başlıqlar satdığı üçün bazarda dominantdır. Amma istifadəçilərin Meta Horizon-dan şikayətləri də az deyil. Valve eyni səviyyədə, amma daha «az başağrıtan» alternativ təklif edə bilsə, bazarın payı dəyişə bilər.

Əslində isə Valve-ın bu işə hansısa böyük «inqilab» niyyəti ilə girişdiyini demək çətindir. Şirkət illərdir öz axarı ilə gedir, aksionerləri yoxdur və uzunmüddətli planlaşdırmaya məcbur deyil. Bəlkə də bu cihazlar sadəcə uzun müddətdir masada qalan bir layihənin nəhayət ki, gerçəkləşməsidir.

Amma nəticə nə olursa-olsun, yeni Steam Hardware bazarı bir az silkələyəcək. Əslində bu sual hələ açıq qalır: oyunçular hansı tərəfi seçəcək?

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.