Trampın sanksiyaları “AMD”ni çökdürür – $800 milyonluq zərər açıqlandı
Tramp dövrünün tarif və ixrac məhdudiyyətləri “AMD” şirkətinə ağır zərbə vurdu – təkcə Çinlə bağlı itkilər $800 milyon təşkil edir. Analitiklər vəziyyətin hələ tam qiymətləndirilmədiyini bildirir.

Trampın tarifləri “AMD”yə ağır zərbə vurdu – $800 milyon zərər açıqlandı
“Ferra.ru”-nun yazdığına görə, “AMD” şirkəti ABŞ-ın Tramp dövründən qalan ixrac məhdudiyyətləri və tariflər səbəbilə Çin bazarında ciddi itkilərlə üzləşib.
Şirkət artıq $800 milyon zərər haqqında xəbərdarlıq edib. Söhbət MI308 GPU-larının Çinə tədarükü ilə bağlı zərərlə bağlanmış müqavilələrdən və istifadəsiz qalan ehtiyatlardan gedir. Bu məbləğ “AMD”nin 2024-cü il üzrə ümumi xalis mənfəətinin yarısı qədərdir.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
“Lynx Equity” analitiklərinin fikrincə, bazar bu neqativ effekti hələ tam qiymətləndirməyib. “AMD” və “Intel” kimi şirkətlər tədarük zəncirlərindəki qeyri-sabitlikdən əziyyət çəkir.
Süni zəka sahəsində “DeepSeek” kimi müştərilərdən gözlənilən gəlir də yeni ixrac qadağaları səbəbilə reallaşmayıb. Bu səbəbdən Lynx “AMD”nin 2025-ci il üzrə gəlir proqnozunu $31 milyarddan $29,1 milyarda endirib və səhm hədəf qiymətini $90 olaraq yeniləyib.
İlin əvvəlindən bəri “AMD” səhmləri artıq 16% ucuzlaşıb. Bununla belə, şirkət 5 milyard dollar likvidlik artıraraq bu zərbəni qısamüddətli dövrdə yüngülləşdirməyə çalışır – o cümlədən server biznesinin mümkün satışı hesabına.
Bu xəbəri necə dəyərləndirirsiniz?






