Milyarder Paul Tyudor Cons: “Süni zəka bəşəriyyətin yarısını məhv edə bilər”

Məşhur investor Paul Tyudor Cons bildirir ki, süni zəka növbəti 20 ildə bəşəriyyətin 50%-ni məhv edə bilər. Onun fikirləri texnoloji konfransda səsləndirilib və geniş rezonans doğurub.

12.05.25 - 20:18
 0  3
Milyarder Paul Tyudor Cons: “Süni zəka bəşəriyyətin yarısını məhv edə bilər”
Paul Tyudor Cons-un CNBC-yə verdiyi süni zəka ilə bağlı açıqlamasından görüntü @u.today

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Paul Tyudor Cons: “Süni zəka bəşəriyyətin yarısını məhv edə bilər”

“U.Today”-in məlumatına görə, məşhur milyarder və Bitcoin investoru Paul Tyudor Cons süni zəkanın insanlıq üçün ciddi təhlükə yaratdığını bildirib.

CNBC-yə verdiyi müsahibədə o, qarşıdakı 20 ildə süni zəkanın bəşəriyyətin 50%-ni məhv etmə ehtimalının 10% olduğunu qeyd edib. Bu fikri texnologiya, elm və maliyyə sahələrindən mütəxəssislərin qatıldığı qapalı konfransdan sonra bölüşüb.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Cons konfransda iştirakçılardan birinin “Dünyanı ayıltmaq üçün 50-100 milyon insanın ölməsi lazım olacaq” fikrini xatırladıb. O, “razıyam” deyən azsaylı şəxslərdən biri olub və bu mövqeyini Elon Maskın əvvəlki çıxışları ilə əsaslandırıb.

Onun sözlərinə görə, süni zəka “böyük imkanlar yaratmaqla yanaşı, həm də çox təhlükəlidir” və insanlıq bu qarşısıalınmaz prosesi nəzarətdə saxlamaqda çətinlik çəkəcək.

Xatırladaq ki, Paul Tyudor Cons 2020-ci ildə Bitcoin-i dəstəkləyən ilk maliyyə nəhənglərindən biri olmuşdu. Hazırda isə süni zəkanın artan gücü və Bitcoin sənayesi ilə əlaqələnməsi fonunda bu xəbərdarlıq xüsusilə aktuallaşır.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.