“Titanik”in rəqəmsal bərpası – faciə gecəsi ilə bağlı yeni faktlar
“Titanik”in 3D skanı faciənin son dəqiqələrinə işıq salır. Mühəndislərin qəhrəmanlığı, enerji sistemi və gəminin parçalanma anı ilk dəfə bu qədər aydın göründü.

“Titanik” hələ də danışır – yeni 3D model son anlara işıq saldı
“Polsat News”-ə istinadən “Mediahub.az” xəbər verir ki, “Titanik” gəmisinin tam ölçülü rəqəmsal skanı gəminin batmazdan əvvəlki son saatlarına dair yeni faktları üzə çıxarıb.
National Geographic və “Atlantic Productions” tərəfindən hazırlanan yeni sənədli film – “Titanic: Cyfrowe odrodzenie” (“Titanik: Rəqəmsal dirçəliş”) üçün sualtı robotlarla çəkilmiş 700 mindən çox görüntü əsasında 3D model yaradılıb.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Model göstərib ki, gəmi buz dağından sonra çox güclü şəkildə iki yerə parçalanıb. Araşdırma zamanı bəzi qazanxanaların işlək vəziyyətdə suya düşdüyü də müəyyən edilib. Hətta elektrik sisteminə buxarın axını davam edirmiş.
Bu, şahidlərin faciə gecəsi “Titanik”in işıqlarının sönmədiyi barədə ifadələri ilə üst-üstə düşür. Belə görünür ki, mühəndis Joseph Bell-in rəhbərliyi altında işləyən komanda elektrik sistemini son ana qədər qoruyub və sərnişinlərin qaranlıq düşməmiş xilasına şərait yaradıb.
BBC-yə danışan tədqiqatçı Parks Stivenson bildirib: “Bu, cinayət yerinə bənzəyir – dəlillərə məkan kontekstində baxmaq lazımdır”. Kompüter simulyasiyası göstərib ki, gəminin batmasına səbəb olan deşiklər A4 vərəqi ölçüsündə olub.
Stivensonun sözlərinə görə, “Titanik” hələ də “canlı şahid”dir və bu faciə ilə bağlı danışmağa davam edir. Yeni texnologiya isə onu ilk dəfə bu qədər aydın göstərir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






