«Apple»-ın federal sənədlərində açıqlanan məlumatlara görə, proqramçılar 264 min, mühəndislər 378 min dollar qazanır. Süni zəka mütəxəssisləri isə 312 min dollar maaş alır. Amma ən çox qazanan...
«Amazon» 2025-ci ilin ikinci rübündə 167.7 milyard dollar gəlir əldə edib. Şirkətin reklam və abunəlik xidmətlərindəki böyümə əsas uğur amillərindən biri olub.
«Microsoft» 2025-ci ilin IV maliyyə rübündə 76,4 milyard dollar gəlir əldə edərək bazar dəyərini 4 trilyon dollara çatdırdı. Şirkət bu nəticəni süni zəka və bulud texnologiyalarına edilən investisiyalarla əlaqələndirir.
«Alphabet» 2025-ci ilin ikinci rübündə 96.43 milyard dollar gəlir əldə edib. «Google Cloud»-un gəlirləri 32% artaraq 13.6 milyard dollar olub, süni zəka məhsullarına olan tələbat isə rekord səviyyədədir.
«Meta» Apple-dən 2 yeni süni zəka mütəxəssisini işə götürdü. Bu, ağıllı eynək bazarında güclü rəqabətə işarədir. Ekspertlər hər iki şirkətin fərqli strategiyalarını müqayisə edir.
“xAI” yeni maliyyə turunda Səudiyyə Ərəbistanının PIF fondu ilə 200 milyard dollarlıq dəyər hədəfləyir. Şirkət süni zəka sahəsində infrastrukturunu genişləndirir.
“Google” Hindistanda süni zəka əsaslı reklam alətlərini istifadəyə verdi. “Google tax” ləğvindən sonra ölkə texnologiya nəhəngləri üçün daha da cəlbedici olub.
Britaniyanın “The Smarter Web Company” 275 Bitcoin alaraq ümumi portfelini 1,275 BTC-yə çatdırıb. Bu addım şirkətin “10 illik plan” strategiyasının tərkib hissəsidir.
“Microsoft” “OpenAI” ilə strateji əməkdaşlığı yenidən nəzərdən keçirir. Əgər razılıq əldə olunmasa, texnologiya nəhəngi danışıqları dayandıra bilər.
“Tesla” 2025-ci ildə 380 milyard dollar dəyər itirərək top şirkətlər arasında ən kəskin geriləməyə uğrayıb. Trampla qarşıdurma və elektrikli avtomobil bazarındakı durğunluq səbəb sayılır.
Tim Kuk Teksas qubernatoruna təzyiq göstərdi – “Apple” App Store üçün yaş yoxlamasına etiraz edir. Qanun layihəsi isə artıq qəbul olunub.
“Google” Texas ştatında məxfilik pozuntularına görə 1,375 milyard dollar ödəməyi qəbul edib. Şirkət günahını etiraf etmir, amma iddialar ciddi görünür.
“Intel”in kommersiya direktoru və satış rəhbəri Kristof Şell 30 iyunda istefa verəcək. Onun gedişi şirkətin struktur islahatları fonunda baş verir.
“Samsung” və “LG” Hindistanın e-tullantıların idarə olunmasına dair yeni qiymət siyasətinə qarşı məhkəməyə müraciət edib. Şirkətlər bu siyasətin real problemi həll etmədiyini bildirir.
“Intel” bu həftə 21 min işçini ixtisar etməyə hazırlaşır. Yeni CEO Lip-Bu Tan rəhbərliyi sadələşdirmək və mühəndislik mərkəzli struktur qurmaq istəyir.
ABŞ-ın Tayvana tətbiq etdiyi 46%-lik tarif “Google”u çətin vəziyyətə salıb. Şirkət Pixel istehsalını Hindistana köçürməyi planlaşdırır – burada tariflər cəmi 26%-dir.
ABŞ-da “Uber” müştəriləri razılıq vermədən abunə etməklə və ləğv prosesini çətinləşdirməklə günahlandırılır. FTC şirkəti məhkəməyə verib.
LG Electronics elektromobil doldurma stansiyalarının istehsalını dayandırdı. Qərarın səbəbi – bazarın uzunmüddətli durğunluğu və strategiyanın HVAC sahəsinə yönəldilməsi.
“Razer” şirkəti Donald Trampın tarif qərarlarından sonra ABŞ saytında noutbuk satışını dayandırıb. Saytda artıq “Bildiriş göndər” düyməsi görünür. Satışların nə vaxt bərpa olunacağı bilinmir.
“Apple”ın təchizatçısı “Luxshare” ABŞ-a istehsalın köçürülməsini nəzərdən keçirir. Trampın yeni tarifləri Çin investisiyalarına təsir edir və şirkət alternativ yollar axtarır.
Polşa hökumətinin iri texnologiya şirkətlərini vergiyə cəlb etməsi ABŞ-dan sərt reaksiya doğurdu. Trampın namizədi Polşaya xəbərdarlıq etdi.