“Ryanair” ötən il 16% gəlir itkisinə uğrayıb. Uçuşlar ucuzlaşsa da, indi şirkət qiymətləri kəskin artırmağa hazırlaşır – səbəb Boeing gecikmələri və azalan marja.
“Honda” CR-V modelinin istehsalını Kanadadan ABŞ-a köçürür və 11 milyard dollarlıq Kanada elektrik avtomobil layihəsini təxirə salır. Səbəb: tariflər və zəifləmiş elektrik avtomobil tələbi.
Ford Meksika–Kanada tədarük marşrutunda tariflərdən yayınmaq üçün xüsusi daşıyıcılar istifadə edəcək. Şirkət, 2025-ci ildə 1,5 milyard dollar xalis gəlir itkisi gözləyir.
ABŞ prezidenti Donald Tramp Çinlə ticarət müharibəsində daha yumşaq mövqe nümayiş etdirib. Bazarlar dərhal müsbət reaksiya verib. Razılaşma gözləniləndir, amma hələ uzaqdadır.
ABŞ-ın Tayvana tətbiq etdiyi 46%-lik tarif “Google”u çətin vəziyyətə salıb. Şirkət Pixel istehsalını Hindistana köçürməyi planlaşdırır – burada tariflər cəmi 26%-dir.
ABŞ və Çin arasında ticarət müharibəsi daha da qızışır. Pekin nadir torpaq metallarının ixracını dayandırıb, Tramp isə yarımkeçiricilərə tarifləri açıqlamağa hazırlaşır.
Donald Tramp bildirib ki, idxal avtomobillərinə tətbiq edilən rüsumlar nəticəsində qiymət artımı onu maraqlandırmır. “Bu, yerli istehsal üçün stimuldur” – deyə o bildirib.
Qızılın qiyməti $3,128-a çataraq rekord qırdı. ABŞ-ın tarif planları və iqtisadi qeyri-müəyyənlik investorları təhlükəsiz limanlara yönəldib.