ABŞ–Çin ticarət müharibəsində dönüş: Tramp güzəştə gedir, Pekin dialoqa çağırır
ABŞ prezidenti Donald Tramp Çinlə ticarət müharibəsində daha yumşaq mövqe nümayiş etdirib. Bazarlar dərhal müsbət reaksiya verib. Razılaşma gözləniləndir, amma hələ uzaqdadır.
Tramp Çinlə ticarət müharibəsində tonu yumşaltdı – danışıqlar üçün qapı açılır
“Newsweek Polska”-ya istinadən “Mediahub.az” xəbər verir ki, ABŞ prezidenti Donald Tramp gömrük tarifləri və Çinlə ticarət gərginliyinə dair mövqeyini yumşaldıb.
Tramp bildirib ki, Çinlə razılaşma əldə olunacağına ümid edir və Çin prezidenti Si Tsinpinlə yaxşı münasibətlərə malikdir. Onun sözlərinə görə, “çox yüksək” tariflər aşağı düşə bilər, amma tamamilə ləğv olunmayacaq.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Çin tərəfi də məsələni şərh edərək bildirib: “Əgər ABŞ dialoq istəyirsə, təhdid və şantajdan imtina etməlidir.” Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun iki ölkə arasında bərabərlik və qarşılıqlı hörmət əsasında danışıqların mümkün olduğunu qeyd edib.
Bu açıqlamalar investorlar tərəfindən pozitiv qarşılanıb. Apreldə ciddi itkilər yaşayan beynəlxalq bazarlar dərhal reaksiya verib – Fransa CAC 40 indeksi 2,1%, Almaniya DAX 2,5%, Britaniya FTSE 100 isə 1,6% artıb. Asiyada Yaponiyanın Nikkei 225 indeksi 1,9%, Cənubi Koreyanın Kospi 1,6%, Honq-Konqun Hang Seng indeksi isə 2,4% yüksəlib.
Qeyd edək ki, Tramp administrasiyası Çin məhsullarına 145%-ə qədər tarif tətbiq etməyi nəzərdən keçirirdi. Bu, əvvəlki tariflərə əlavə olaraq, həm Çin məhsullarına qarşı, həm də fentanil ticarətindəki rola görə tətbiq ediləcək cərimələri əhatə edir.
ABŞ Maliyyə naziri Skott Bessent isə özəl investorlarla görüşdə ticarət müharibəsinin davamlı olmadığını və yaxın vaxtlarda deeskalasiyanın gözlənildiyini bildirib. Ekspertlərə görə, bazarların gələcək yönü Tramp administrasiyasının bu sahədəki növbəti qərarlarından asılı olacaq.
Bu xəbəri necə dəyərləndirirsiniz?






