Microsoft «Windows 11 24H2»-nin əvvəlki versiyalarla müqayisədə 24% daha az gözlənilməz yenidən başlama ilə «ən etibarlı Windows» olduğunu iddia edir. Amma bəzi PC oyunçuları bu fikrə qatılmır.
2025-ci ilin ilk yarısında texnologiya sektorunda 100 mindən çox işçi işdən çıxarılıb. «Intel» 12 min, «Microsoft» 10 min, «Meta» isə 8 min işçini işdən çıxarıb. Ekspertlər bunun səbəbini süni zəka və iqtisadi qeyri-sabitlik kimi qiymətləndirirlər.
«Microsoft» «Visual Studio» üçün əsaslı yeniləmə hazırlayır. «Visual Studio 18» adlanan bu versiya süni zəka ilə zənginləşdirilib və «Amazon Kiro» kimi rəqiblərlə rəqabət aparmaq üçün nəzərdə tutulub.
Mənbələrə görə, «Microsoft» yaxın həftələrdə «Nintendo Switch 2» üçün oyun elan edə bilər. «Xbox»-un eksklüziv oyunlarının «PS5»-ə portları da gözlənilir.
«Mercedes-Benz» Microsoft ilə əməkdaşlığı daha da genişləndirərək avtomobilləri tam mobil iş mərkəzinə çevirir. Yeni «CLA» modeli video konfranslar, təhlükəsiz bulud girişi və süni zəka köməkçisi ilə işgüzar sürücülər üçün ideal həll olacaq.
"Windows 10" və "11" istifadəçilərin məlumatlarını necə toplayır? "Microsoft"un telemetriya siyasəti və istifadəçi seçimləri açıqlanıb.
Xbox istifadəçiləri konsol menyusunda görünən “Call of Duty: Mobile” reklamına sərt reaksiya veriblər. “Bu oyun konsolda oynanılmır!” - deyə şikayətlər artır.
“WPP” Sindi Rouzu yeni baş direktor təyin edib. O, sentyabrın 1-dən vəzifəyə başlayacaq və şirkətin süni zəka yönümlü transformasiyasını idarə edəcək.
"Microsoft" oyun bölməsində yüzlərlə əməkdaşı ixtisar edib və bəzi layihələri ləğv edib. İddialara görə, şirkət süni zəka agentləri ilə iş yerlərini əvəzləməyə çalışır.
Microsoft 9,000 nəfəri işdən çıxardıqdan sonra, süni zəka əsaslı oyun tərtibatı tədbirinə dəvətlər göndərməyə davam edir. Bu ziddiyyət tənqidlərə səbəb olub.
"Xbox" "Perfect Dark", "Everwild" və bir onlayn oyunu ləğv edib. İxtisarlar artıq 15.000 nəfəri əhatə edir – bu, sənayedə ciddi silkələnmədir.
Microsoft-un yayımladığı blog postda Windows 11-in 2.3 dəfə sürətli olduğu iddia olunur. Amma testdə fərqli nəsil prosessorlar istifadə edilib və nəticələrə şübhə ilə yanaşılır.
"Windows 12" ən azı bir il gecikəcək. Bu ilin ikinci yarısında "Windows 11 25H2" yeniləməsi çıxacaq və əvvəlki versiyadan keçid daha tez baş verəcək.
“Microsoft”un növbəti nəsil süni zəka çipi “Braga”nın istehsalı 2026-cı ilə təxirə salındı. Gecikməyə dizayn dəyişiklikləri və kadr çatışmazlığı səbəb olub.
PS6 və yeni Xbox barədə hələ çox erkən danışırıqmı? “TechRadar” yazarı hazırkı konsolların tam potensialını göstərmədiyini düşünür.
“Windows 10” dəstəyi 14 oktyabr 2025-də bitir, amma şirkətlərin yarısı hələ keçid etməyib. “ControlUp” hesabatı ciddi risklərə işarə edir.
“Microsoft” 2025-ci ilin avqustunda “Authenticator” tətbiqində parol saxlama funksiyasını dayandırır. İstifadəçilər passkey sisteminə keçməlidir – bu daha təhlükəsizdir və biometrik ID-yə bağlıdır.
“OpenAI” “ChatGPT” və digər məhsulları üçün “Google”un AI çiplərini icarəyə götürməyə başlayıb. Bu addım şirkətin “NVIDIA” və “Microsoft” asılılığını azalda bilər.
“Microsoft” 4D-geometrik kodlar vasitəsilə kvant kompüterlərindəki səhvləri 1000 dəfə azaltmağa nail olub. Yeni texnologiya ciddi dəyişiklik vəd edir.
Donald Trampın ICC prokuroruna sanksiyası və “Microsoft”un email bağlaması Avropada texnoloji müstəqillik çağırışlarına səbəb olub. Avropa alternativ platformalara üz tutur.
“Microsoft” “OpenAI” ilə strateji əməkdaşlığı yenidən nəzərdən keçirir. Əgər razılıq əldə olunmasa, texnologiya nəhəngi danışıqları dayandıra bilər.
“Microsoft” iyul ayında satış və digər bölmələrdə minlərlə əməkdaşını ixtisar etməyə hazırlaşır. Şirkət süni zəka sahəsinə milyardlarla sərmayə yatırır.
“ROG Xbox Ally” oyun konsolu kimi təqdim olunsa da, əslində Windows 11 əsasında çalışan tam hüquqlu kompüterdir. Steam, Photoshop və brauzer tam dəstəklənir.
“Microsoft” bildirib ki, “Xbox Ally” seriyasındakı oyun interfeysi 2026-cı ildən digər Windows portativ konsollara – o cümlədən “Legion Go” və “MSI Claw” cihazlarına da gələcək.
“Windows 11” bu ildən etibarən istifadə edilmədikdə kompüterin performansını azaldacaq yeni funksiyanı aktiv edəcək. Məqsəd – enerji və batareya sərfiyyatını azaltmaqdır.