BYD-nin ABŞ-dakı dörd törəmə şirkəti tarif fərmanlarının qanuni səlahiyyət olmadan tətbiq edildiyini əsas gətirərək iddia qaldırıb.
Lucid Motors-un sabiq baş mühəndisi Erik Bax işdən çıxarılma və ayrı-seçkilik iddiası ilə şirkəti məhkəməyə verib.
Donald Trampın (Donald Trump) administrasiyası UCLA-dan 1 milyard dollar təzminat tələb edir. Ədliyyə Nazirliyi antisemitizm və irqi bərabərlik pozuntularına görə universitetə qarşı ittiham irəli sürüb.
“Nintendo” şirkəti “Switch 2” konsolunun dizaynını vaxtından əvvəl nümayiş etdirdiyinə görə Genki və Human Things-ə qarşı məhkəmə iddiası qaldırıb.
ABŞ-da “Uber” müştəriləri razılıq vermədən abunə etməklə və ləğv prosesini çətinləşdirməklə günahlandırılır. FTC şirkəti məhkəməyə verib.
Hollandiyanın Mass Damage & Consumer təşkilatı Sony-ni PlayStation Store-da oyun qiymətlərini süni şəkildə artırmaqda ittiham edərək məhkəməyə verib.
New Jersey sakini Craig Manders, arvadının Zambiyada safari zamanı begemot hücumuna məruz qalaraq ölməsi səbəbindən turizm şirkətini məhkəməyə verib. O, bələdçilərin təhlükəsizliyi təmin etmədiyini iddia edir.
Kanadalı Stephen Gougeon, Dominikan Respublikasındakı Wyndham Resort otelində həyat yoldaşı və 8 yaşlı oğlunun qida zəhərlənməsindən öldüyünü iddia edərək 7 milyon dollarlıq məhkəmə iddiası qaldırıb.