Süni zəka agentləri niyə «robotlar» sayılır: infrastruktur mübahisəsi

Jessi Hu süni zəka agentlərinin gələcəyini müəyyən edən əsas amilin model deyil, güclü infrastruktur olduğunu deyir.

01.12.25 - 09:32
 0  2
Süni zəka agentləri niyə «robotlar» sayılır: infrastruktur mübahisəsi
Süni zəka agentləri və robototexnika üzrə təqdimat görüntüsü @startuphub.ai

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Süni zəka agentləri də «robot» kimi işləyir - əsas yük modeli deyil, infrastrukturun üzərindədir

«StartUpHub» məlumatına görə, uzun illər Waymo və YouTube-da çalışan mühəndis Jessi Hu süni zəka agentləri barədə maraqlı bir fikir səsləndirib: «Hamı düşünürdü ki, qavrama çətindir, planlaşdırma isə asandır. Bu yanaşmanın əks olduğu ortaya çıxana qədər 8-10 il itirdik».

Onun sözlərinə görə, eyni səhv bugün süni zəka agentləri sahəsində təkrarlanır. Hamı modellərin proqnozvermə qabiliyyətinə vurulub, amma real iş - yəni fəaliyyət, icra və infrastruktur - kölgədə qalır. Bir sözlə, model sistemin cəmi 1 faizidirsə, qalan bütün 99 faizlik yük infrastrukturun, simulyasiyanın, alətlərin və davamlı təlim prosesinin üzərindədir.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Hu deyir ki, agentlər də robotlar kimi «bədənə» ehtiyac duyur - yəni alətlərə, API-lərə, terminallara, brauzerlərə, idarəetmə mühitinə, müşahidə və qeydlərə. Əslində həlledici amil məhz bu «bədən»in necə qurulduğudur. O, komandanın uğurunun ən yaxşı modeli deyil, ən güclü oflayn təlim yığınına sahib olmaqdan keçdiyini vurğulayıb.

O, həmçinin açıq və qapalı idarəetmə dövrələri arasındakı fərqi xatırladır. Məsələn, avtonom avtomobil hər bir hərəkətdən dərhal sonra geribildirim alır. Agentlər isə çox vaxt bir əmri yerinə yetirir və sadəcə «işlədi» deyə ümid edir. Bu isə səhvlərin ardıcıllıqla yığılmasına gətirib çıxarır. Bəs bu halda çıxış yolu nədir? Hu-nun fikrincə, agentlər də qapalı dövrəli idarəetməyə keçməlidir.

Digər mühüm məsələ vaxtın diskretləşdirilməsidir. Avtonom sistemlər saniyədə onlarla dəfə ətrafı ölçüb qərar verir. Agentlər isə ardıcıl düşünür, sanki vaxt «pillələrlə» axır. Bu isə dinamikanı qaçırmağa səbəb olur.

Hu agentlərin də statik deyil, dövlətli - yəni yaddaşlı olması gərəkdiyini bildirir. Uzunmüddətli proseslər, davamlı fayl sistemi və çoxmərhələli tapşırıqlar bu olmadan mümkün deyil. Amma bu, sistemi qat-qat mürəkkəbləşdirir.

Başqa bir çətinlik - insan nümunələrinə həddən artıq güvənməkdir. Robot kimi, agent də real dünyada gözlənilməz vəziyyətlə qarşılaşanda çaşır və ardıcıl səhvlər edir. Hu bildirir ki, çıxış yolu güclü simulyasiyadır. Gerçək dünya baha və risklidir, test poliqonları məhduddur, amma simulyasiya milyonlarla ssenarini risksiz sınamağa imkan verir.

O, proqnoz verən modellərlə fəaliyyət göstərən modellər arasındakı fərqi də vurğulayıb. Chat interfeysində yaxşı işləyən model real əməli idarəetmədə nədənsə büdrəyə bilər. Çünki orada problem artıq «mükəmməl cavab» yox, səhvdən çıxışdövlət idarəsidir.

Hu-ya görə həm avtonom avtomobillər, həm də kodlaşdırma agentləri «şanslı interfeys»dən yararlanır - terminal, idarəetmə sistemi, standart alətlər və müşahidə kanalının olması işi asanlaşdırır. Real dünyanın nizamsız sahələrində isə bu proses qat-qat çətin olacaq.

Nəticədə agentlərin inkişafı böyük miqyaslı dövrə kimi görünür: öyrənmək, simulyasiya etmək, yerləşdirmək, gündəlik qeydləri oxuyub yenidən öyrənmək. Hu-nun fikrincə, bugün agentlərin real işdə avtomatlaşdırma səviyyəsi cəmi 2.5 faizdir: «Bu, avtonom sürüşün 2015-ci il mərhələsidir. Biz hələ yolun əvvəlindəyik». Əslində bu sual hələ açıq qalır - ən böyük sıçrayış harada baş verəcək?

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.