Samsung Galaxy Z Trifold Cənubi Koreyada təqdim edildi - üçqat ekranlı yenilik
Samsung ilk üçqat açılan Galaxy Z Trifold modelini tanıtdı: 10 düymlük ekran, Snapdragon 8 Elite və 5600 mAh batareya.
Samsung Galaxy Z Trifold rəsmən təqdim olundu - üçqat açılan ekran dövrü başlayır
«TechRadar» məlumatına görə, Samsung 1 dekabr 2025-ci ildə Cənubi Koreyada özünün ilk üçqat açılan smartfonu Galaxy Z Trifold modelini təqdim edib. Bu model 12 dekabrda Koreyada satışa çıxacaq, ABŞ bazarına isə 2026-cı ilin ilk rübündə gəlməsi planlaşdırılır.
Model açıldıqda 10 düymlük Dynamic AMOLED ekranla təchiz olunur. Cəmi 3.9 mm qalınlıq - təsəvvür etmək belə çətindir. Qatlandıqda isə 12.9 mm qalınlığında 6.5 düymlük FHD+ örtük ekranlı smartfona çevrilir. Bir sözlə, şirkət mühəndisliyini bu dəfə maksimum dərəcədə nümayiş etdirib.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Cihaz iki fərqli menteşe sistemi ilə hazırlanıb. Samsung-un sözlərinə görə, titan materiallı ikili rels konstruksiyası bölmələrin stabil açılıb-bağlanmasını təmin edir. Amma maraqlı sual açıq qalır: ekranda yalnız iki hissəni açıq saxlamaq mümkün olacaqmı, yoxsa cihaz dərhal tam 10 düymə keçir?
Korpus Armor Aluminum çərçivə ilə möhkəmləndirilib. Bu, qatlanan hissələrin bir-birinə toxunmasının qarşısını alır. Eyni zamanda elastik ekran üçün xüsusi gücləndirilmiş qoruyucu qat tətbiq olunub. Arxa tərəfdə keramik əsaslı panellər və böyük üçlü kamera bloku yerləşir: 200 MP əsas kamera, 12 MP ultra-geniş və 10 MP 3x optik yaxınlaşdırma.
Ön və daxili ekranda ayrıca 10 MP selfi kameraları da var. Kamera sistemi ümumən Galaxy Z Fold 7 modelinə bənzəyir. Bu böyük ekranın iş üçün nəzərdə tutulduğu açıq şəkildə görünür - Samsung DeX dəstəyi, çoxlu pəncərələrlə paralel işləmək imkanı və üç 6.5 düymlük sahə kimi istifadə edilə bilən interfeys.
Multimediya üçün də kifayət qədər güclü görünür. 5600 mAh tutumlu batareya üç hissəyə bölünüb. Qualcomm Snapdragon 8 Elite Mobile Platform for Galaxy prosessoru, 16 GB RAM və ilkin olaraq 512 GB yaddaş təqdim edilir. 1 TB-lıq versiya da olacaq.
Qiymət hələ açıqlanmayıb. Şayiələr 3000-3500 dollar intervalından danışır. Galaxy Z Fold 7-nin 1999 dollardan başladığını nəzərə alsaq, bu proqnoz az qala öz-özünə yaranır. Samsung-un təqdimatı səssiz keçirməsi isə maraq doğurur. Görünür, şirkət yeni modelin kütləvi satışdan əvvəl “öz meydanında” sınaqdan keçməsini istəyir.
Bu xəbəri necə dəyərləndirirsiniz?

