Rusiyalıların 24%-i süni zəka kurslarına yazılmaq istəyir – təəccüblü nəticə!
Rusiyada onlayn təhsilə maraq artır: respondentlərin 24%-i süni zəka kurslarına yazılmaq fikrindədir. Ən populyar istiqamət artıq məlumdur!

Rusiyada süni zəka kurslarına maraq artır – hər 4 nəfərdən biri qeydiyyatdan keçmək istəyir
“Ferra.ru”-ya istinadən “Mediahub.az” xəbər verir ki, “GetCourse” şirkətinin keçirdiyi sorğu maraqlı nəticələr ortaya qoyub.
Respondentlərin 24%-i süni zəka və neyroşəbəkələr üzrə onlayn kurslara yazılmaq niyyətindədir. Bu sahəyə ən çox maraq göstərənlər kişilərdir – onların payı 40%-ə çatır.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Bəs insanlar nə qədər pul xərcləməyə hazırdır? Sorğuda iştirak edənlərin 58%-i təhsilə 15-50 min rubl arası vəsait ayırmağa razıdır. Hətta 24% iştirakçı 50 mindən çox xərcləməyə də hazırdır.
Kursların ödənişi əsasən şəxsi büdcədən edilir – respondentlərin 90%-i özü ödəyir. Yalnız 4%-in təhsilini işəgötürən maliyyələşdirir.
Ən çox seçilən sahələr süni zəka, IT, dil öyrənmə və dizayndır. Əvəzində ezoterika və maliyyə savadına maraq isə kəskin azalıb – cəmi 3-4% diqqət ayırıb.
Bu xəbəri necə dəyərləndirirsiniz?






