8 yaşlı uşaq anasının telefonundan 70 min konfet sifariş etdi – Amazon 4000 dolları qaytardı

Kentukki ştatında 8 yaşlı uşaq anasının telefonundan 70 min “Dum-Dum” konfet sifariş edib. Sifarişin dəyəri 4000 dollar olub, lakin Amazon pulu geri qaytarıb.

09.05.25 - 10:00
 0  3
8 yaşlı uşaq anasının telefonundan 70 min konfet sifariş etdi – Amazon 4000 dolları qaytardı
Amazon-dan göndərilmiş “Dum-Dum” konfet qutuları @independent.co.uk

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

8 yaşlı uşaq Amazon-dan 70 min konfet sifariş etdi – ailə 4000 dollarlıq şok yaşadı

“The Independent”-ə istinadən “Mediahub.az” xəbər verir ki, Kentukki ştatında yaşayan Holli LaFavers (Holly LaFavers) evinin qarşısında konfet dolu onlarla qutu tapdıqda nə baş verdiyini anlamayıb.

Sən demə, 8 yaşlı oğlu Liam anasının telefonundan Amazon üzərindən təxminən 70 min “Dum-Dum” konfet sifariş edib. O, bunu “dostları üçün karnaval təşkil etmək” məqsədi ilə etdiyini deyib.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

22 qutu artıq evə çatdırılmışdı. Ana sifarişi ləğv etməyə çalışsa da, artıq gec idi. Daha sonra bank hesabını yoxladıqda 4000 dollarlıq borcla qarşılaşıb. “O məbləği görəndə az qala huşumu itirirdim” – deyə Holli bildirib.

Poçt şöbəsinə müraciət etməklə bir neçə qutunu geri qaytara bilib. Uzun mübarizədən sonra Amazon nəhayət pulu geri ödəyib. Holli bu barədə sosial şəbəkədə paylaşım da edib.

O, bu hadisədən sonra telefonun təhlükəsizlik ayarlarını dəyişərək gələcəkdə bu cür sürprizlərin qarşısını almağa qərar verib.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.