Nvidia-nın 2026 gəliri və «sirli üçlük» riski
Nvidia 46 mlrd $ gəlir açıqladı, amma gəlirin yarısı cəmi üç müştəridən asılıdır. Bu risk şirkətin gələcəyi üçün təhlükə yaradır.

Nvidia-nın rekord gəlirləri və «sirli üçlük» riski
«Techradar» xəbərinə görə, Nvidia 2026-cı ilin ikinci rübündə 46 milyard dollar gəlir əldə edib. Lakin diqqət əsasən rəqəmlərdən çox risklərin konsentrasiyasına yönəlib.
Şirkətin Data Center bölməsi 21,9 milyard dollar qazanc gətirib. Bunun isə 53 faizi cəmi üç müştərinin hesabına formalaşıb: «Müştəri A» – 9,5 milyard, «Müştəri B» – 6,6 milyard, «Müştəri C» – 5,7 milyard dollar. Bu fakt bazarda ciddi suallara yol açıb.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Ekspertlərə görə, namizədlərdən biri Elon Musk-ın xAI şirkəti ola bilər. Çünki 19 gün ərzində 100 min Nvidia H200 GPU qurulması sənayedə görünməmiş hadisədir. Üstəlik, Maskın 5 il ərzində 50 milyon H100 ekvivalent çipdən istifadə planı da bu iddianı gücləndirir.
Digər ehtimallar arasında OpenAI və Oracle-ın ortaq «Stargate» layihəsi göstərilir. Burada iki milyondan artıq süni zəka çipinin istifadəsi nəzərdə tutulur. Meta isə Manhetten ölçüsündə «multi-GW klasterləri» ilə yarışa qoşulub.
Lakin böyük müqavilələr hər zaman təhlükəsiz deyil. «Müştəri A» təkcə ümumi satışların 20 faizindən çoxunu təmin edir. Əgər bu şirkət öz çipini istehsal etməyə qərar versə, rəqib AMD-yə yönəlsə və ya maliyyə çətinliyi yaşasa, Nvidia ciddi zərbə ala bilər.
Yaxın keçmişdə də risklər özünü göstərmişdi. H20 çipinə məhdudiyyətlərdən sonra Çin şirkətlərinə satışların dayandırılması Nvidia üçün 5,5 milyard dollar itki ilə nəticələnmişdi. Bu, geopolitik faktorların da təsirini təsdiqləyir.
Hazırda Nvidia GPU bazarının lideri olaraq qalır. Amma sual hələ də açıqdır: şirkət raket sürətində yüksəlişinə davam edəcəkmi, yoxsa «sirli üçlük» üzünü çevirsə, hər şey dəyişəcək?
Bu xəbəri necə dəyərləndirirsiniz?






