AMD «GAIA» 0.10 Linux dəstəyi ilə çıxdı, NPU gözlənilir
AMD «GAIA» artıq Linux sistemlərində işləyir. Vulkan dəstəyi mövcuddur, amma NPU hələ əlavə edilməyib. Maraqlı təfərrüatlar xəbərdə.
AMD «GAIA» Linux-da Vulkan dəstəyi ilə başladı, amma NPU hələ əlavə olunmayıb
«phoronix» məlumatına görə, AMD «GAIA» proqramı artıq Linux sistemlərində əlçatandır. Lakin əsas gözləntilərdən biri – NPU dəstəyi – hələ yoxdur.
Xatırladaq ki, «GAIA» mart ayında təqdim edilmiş və ilk olaraq Windows istifadəçilərinə təqdim olunmuşdu. Avqustun 20-də buraxılan «GAIA 0.10» versiyası isə Linux dəstəyi ilə gəldi. Amma sürətləndirmə bu mərhələdə yalnız Vulkan backend üzərindən mümkündür.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Proqramın təsvirinə görə, Linux üçün dəstək Ubuntu CLI və RAUX interfeysi vasitəsilə işləyir. Burada vahid quraşdırma mexanizmi mövcuddur, hazırda isə iGPU-da llama.cpp/Vulkan backend əsaslı Lemonade serverdən istifadə olunur.
Əslində «GAIA» əsasən Ryzen AI çiplərində NPU imkanlarını nümayiş etdirmək üçün nəzərdə tutulmuşdu. Lakin yeni buraxılışda nə AMDXDNA sürücüsündə, nə də ROCm platformasında NPU dəstəyinə rast gəlinmir. Rəsmi sənədlərdə də yalnız iGPU dəstəyi qeyd edilir.
Maraqlı cəhətlərdən biri budur ki, bəzi Radeon cihazlarında Vulkan backend-i hətta ROCm-dən daha yüksək performans göstərə bilir. Amma yenə də gecikən NPU dəstəyi əsas narahatlıq olaraq qalır.
AMD mühəndislərinin GitHub açıqlamasına görə, Lemonade artıq Linux üzərindən llama.cpp/Vulkan backend ilə işləyir. Bu, Ryzen AI Max+ 395 128GB sistemində istənilən GGUF modelini CPU və ya iGPU üzərində icra etməyə imkan verir. Onun sözlərinə görə, NPU funksiyası sonradan əlavə ediləcək.
Şirkət əlavə edib ki, Linux üçün imkanlar yaxın 1–2 həftə ərzində genişləndiriləcək. Lakin dəqiq vaxt açıqlanmayıb. Ardınca yayımlanan «GAIA 0.10.1» isə yalnız texniki düzəlişlərlə məhdudlaınıb, yeni funksional imkanlar gətirməyib.
Bir sözlə, AMD Linux-da «GAIA» üçün Vulkan dəstəyini istifadəyə verdi, amma NPU funksiyası hələ də gözlənilir. Bəs o, nə vaxt gələcək? Bu suala cavab hələ açıq qalır.
Bu xəbəri necə dəyərləndirirsiniz?






