Neandertalların maral sümüyündən istifadə etməsi: yeni tapıntı bunu təsdiqləyir
Fransada tapılan maral sümüyü aləti Neandertalların ov heyvanlarını peşəkar şəkildə soyub dəri geyim və çantalar hazırladığını göstərir.
Fransada tapıntı: Neandertallar maral sümüyü ilə heyvan soyub dəri geyim hazırlayıb
«IFLScience» xəbər verir ki, Fransadakı Abri du Maras səngərində aparılan araşdırmalar Neandertalların heyvan dərisini peşəkar şəkildə soymaq üçün maral sümüyündən hazırlanmış xüsusi alətdən istifadə etdiyini ortaya qoyub.
Tədqiqatçılar bu sümük fraqmentinin təxminən 105-132 min il əvvəl həmin ərazidə yay ov düşərgəsi kimi fəaliyyət göstərən dövrdən qaldığını bildirirlər. Neandertallar hər mövsüm bura qayıdaraq əsasən maral və vəhşi at ovlayırmış.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Sümük parçasının üzərindəki izləri araşdıran alimlər müəyyən ediblər ki, onlar sərt aşındırıcı hərəkətlərə yox, məhz yumşaq toxumalarla təkrar-təkrar təmas nəticəsində yaranan izlərdir. Eksperimental rekonstruksiyalar göstərib ki, bu cür aşınma ən çox heyvanın dərisini soyarkən əmələ gəlir. Bir sözlə, alət məhz flayering - yəni dərinin toxunulmadan çıxarılması üçün istifadə olunub.
Şimali Amerikanın Algonquian Nehiyawak və Nakawēk xalqlarının bu gün də bənzər üsulla işləməsi bu nəticəni daha da gücləndirir: dəyişdirilməmiş sümük parçaları dərinin zədələnmədən çıxarılması üçün ideal sayılır.
Tədqiqatçılar alətin kənarlarının uzun müddət istifadə nəticəsində hamarlaşdığını, yəni Neandertal ovçusunun onu mövsüm ərzində dəfələrlə özü ilə apardığını ehtimal edirlər. Bu isə sadə bir alətdən daha çox, planlaşdırılmış texnoloji seçim deməkdir.
Alimlərin fikrincə, dəriləri deşməmək üçün göstərilən bu diqqət Neandertalların su keçirməyən dəri geyimlər və çantalar hazırladığını göstərir. Maraqlıdır ki, eyni ərazidə daha sonrakı dövrlərə aid Neandertalların hazırladığı sap nümunələri də tapılıb. Deməli, onlar təkcə dərini emal etmir, həm də dayanıqlı dəri əşyalar yığmağı bacarırmış.
Araşdırma «Scientific Reports» jurnalında dərc olunub.
Bu xəbəri necə dəyərləndirirsiniz?

