Nə introvert, nə ekstravert – ortaya çıxdı «otrovert» tipi

Psixiatr Rami Kaminski introvert və ekstravert kateqoriyasına sığmayan insanlar üçün yeni termin təqdim edib: «otrovert». Bu anlayış artıq müzakirə olunur.

03.09.25 - 09:37
 0  4
Nə introvert, nə ekstravert – ortaya çıxdı «otrovert» tipi
Psixiatr Rami Kaminskinin «otrovert» anlayışı ilə bağlı açıqlamaları @newsweek.pl

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

«Otrovert» anlayışı: nə introvert, nə də ekstravert olan insanlar

«Newsweek» xəbər verir ki, psixiatr Rami Kaminski introvert və ekstravert kateqoriyalarına sığmayan insanlar üçün yeni termin təqdim edib: «otrovert». Onun «The Gift of Not Belonging» adlı kitabı ABŞ və Böyük Britaniyada satışa çıxıb və mövzu böyük maraq doğurub.

Kaminskiyə görə, otrovertlər nə qapalı, nə də daim diqqət mərkəzində olmağa can atan şəxslərdir. Onlar tez-tez sanki səhnədə rol oynadıqlarını hiss edir, amma heç vaxt qrupa tam aid olduqlarını düşünmürlər.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

«40 illik təcrübəm göstərdi ki, nə introvert, nə də ekstravert kateqoriyasına sığmayan insanlar var», – deyə o bildirir. Belələri çıxış edə, tədbirlərə qatılıb sosiallaşa bilsələr də, içlərində bir fikir yaşayır: «Mən bura aid deyiləm».

Kaminski izah edir ki, bu nə utancaqlıqdır, nə də sosial bacarıqsızlıq. Əslində, bu, qruplara və ideologiyalara qoşulmaq istəməməkdir. Elə buna görə də o, bu insanlara «otrovert» adını verib: ispan dilində «otro» (başqa) və latın dilində «vertere» (yönəlmək) sözlərindən.

Psixiatrın fikrincə, otrovertlərin münasibətləri çox vaxt daha səmimi olur. O, öz həyatından misal çəkərək, 40 ildir eyni qadınla birlikdə yaşadığını, övladlarının olduğunu, lakin gündəlik davamlı sosial təmasa ehtiyac duymadığını vurğulayır.

Bura əsas məsələ bağlılıqla mənsubiyyəti qarışdırmamaqdır. Mənsubiyyət çox vaxt insanın özünü qrup naminə itirməsini tələb edir. Otrovertlər isə fərqliliklərini qorumağa üstünlük verirlər.

Belə insanların davranışlarını isə cəmiyyət çox zaman anlamaqda çətinlik çəkir. Valideynlər övladlarının kollektivlərə qoşulmamasını görüb narahat olur, amma Kaminski onların bu halının anormallıq olmadığını deyir.

Otrovertlər kütləvi tədbirlərdən, toylardan uzaq dayanır, hətta simvollara belə bağlılıq hiss etmirlər. Kaminski bunu belə ifadə edir: «Mənim üçün bayraq sadəcə parçadır».

Onlar bəzən qəribə görünsələr də, üstünlükləri var: kütlənin yanılmalarını daha tez görür, fanatizm, nifrət kimi hallara qoşulmurlar. Kitab çap olunandan sonra isə yüzlərlə insan müəllifə yazaraq özlərini otrovert kimi tanıdıqlarını bildirib.

Deməli, «aid olmamaq» hissi zəiflik deyil, əksinə insanın gücü ola bilər. Bəs siz özünüzü heç «qonaq» kimi hiss etmisinizmi?

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.