Dekabr niyə hər il daha tez «gəlir»? Alimlər izah edir
Dekabrın tez gəlməsi hissi təsadüf deyil: beyin vaxtı «görmür», dəyişiklik və xatirələrlə ölçür. Bəs bunu necə yavaşıtmaq olar?
Dekabr niyə hər il daha tez «gəlir»? Beynimiz vaxtı necə aldadır
«ScienceAlert» yazır ki, «Dekabr artıq necə oldu?» sualının arxasında sadə bir həqiqət dayanır: beyin vaxtı birbaşa qavramır, onu dəyişikliklər və xatirələr əsasında “təxmin edir”. Bəs bu yenilik bizə nə verəcək? Heç olmasa ilin niyə gözümüzün qabağında “uçub getdiyini” anlamağa kömək edir.
Məsələ ondadır ki, rəng, səs, dad və toxunuş kimi hisslərin “obyekti” var - göz, qulaq və digər hiss orqanları mühitdən siqnalları tutur. Vaxtın isə belə “hiss ediləcək” hissəciyi yoxdur. Yəni beyin “vaxtı görmür” - onu nələrin baş verdiyi ilə ölçür.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Bu ölçü mexanizmi çox sadə işləyir: müəyyən bir aralıqda nə qədər çox hadisə, dəyişiklik, təəssürat varsa, həmin müddət daha “uzun” görünür. Laboratoriyada eyni müddətli statik görüntü ilə müqayisədə, qıpqırpıltılı görüntü insana daha uzun çəkirmiş kimi gəlir.
Elə buna görə də şahidlər yüksək gərginlikli hadisələrdə (məsələn, avtomobil qəzasında) vaxtın “yavaşladığını” tez-tez deyirlər. Mətnə görə, tanınmış tədqiqatlardan birində iştirakçılar 30 metrdən artıq hündürlükdən tora arxası üstə düşüblər və sonradan bu qorxulu anın müddətini başqasının yıxılması ilə müqayisədə təxminən üçdə bir daha uzun qiymətləndiriblər.
Səbəb nədir? Birbaşa yaşanan güclü həyəcan diqqəti kəskin artırır və beyin hadisələri daha “sıx”, daha zəngin yadda saxlayır. Sonradan həmin anın neçə çəkdiyini hesablayanda da bu zəngin xatirələr vaxtın olduğundan çox keçdiyi təsiri yaradır.
Amma ilin niyə bu qədər tez bitdiyini anlamaq üçün daha bir fərq var: vaxtı retrospektiv (geriyə baxıb “nə qədər keçdi?”) və prospektiv (indi “necə keçir?”) qiymətləndirmək. Uşaq da bilir: stomatoloqda gözləmək niyə uzanır, yeni oyuncaqlarla oynamaq niyə bir göz qırpımında keçir?
Burada əsas detal diqqətdir. Vaxtın özünə nə qədər çox fokuslanırıqsa, o qədər “ağır” keçir. İş və ya əyləncə - fərqi yoxdur, əsas odur ki, məşğuliyyət sizi vaxtın keçməsindən yayındırsın. Bir sözlə, başınız dolu olanda saatlar sürüşüb gedir.
Əksinə, beş dəqiqə saatın əqrəbinə baxmağa çalışın - beyin həmin dəqiqələri bitməz kimi hiss edəcək. Darıxmaq vaxtı xeyli yavaşıdır.
Bu uyğunsuzluq “günlər uzundur, illər qısadır” deyiminə də izah verir və yaş artdıqca daha çox hiss olunur. Gənclikdə çox şey yenidir: ilk məktəb, ilk münasibət, ilk iş. Yeniliklər çox olduqca yaddaş da daha dolu olur və geriyə baxanda “çox şey olub, deməli çox vaxt keçib” nəticəsi çıxır.
Yaşlandıqca isə günlər çox vaxt rutinlərlə dolur: uşaqları məktəbə aparmaq, işə getmək, yemək bişirmək. Rutin marağı azaldır - gün sanki sürünür. Paradoks buradadır: bu rutinlər zəif iz buraxdığı üçün geriyə baxanda ilin başlanğıcı elə də uzaq görünmür. Dekabr gəlir və adam öz-özünə soruşur: «2025 hara getdi?»
Məqalədə qeyd olunur ki, vaxtı yaşadığınız anda “yavaşıtmaq” asandır, sadəcə məmnun edici deyil: darıxın, qırmızı işıqda gözləyin, başınızda sayın, “boya qurusun” izləyin. Retrospektiv hissi - yəni ilin geriyə baxanda qısa görünməsini - yavaşıtmaq isə çətindir: dekabra çatanda yaddaşda doğrudan da “bir ilin izləri” qalmalıdır.
Bunun bir yolu xatirələri solmağa qoymamaqdır: gündəlik yazmaq, geri dönüb xatırlamaq, yaşananları “yenidən danışmaq”. Digər yol isə daha ruhlandırıcıdır: ili yeni, unikal təcrübələrlə doldurmaq. Kəşf edin, macəraya çıxın, unudulmayacaq nəsə edin - daxili “saatınız” bunun əvəzini verəcək.
Bu xəbəri necə dəyərləndirirsiniz?

