Rusiya yeni yol hərəkəti qaydaları təqdim edir: sürücülər artıq təkcə yol verməyəcək, zolaq da dəyişməlidirlər. Qayda təcili yardım, yanğınsöndürən və FSO maşınlarına aiddir.
“Lada Niva Sport” modellərində arxa asqı problemləri aşkarlanıb. AVTOVAZ nasaz hissələri təkmilləşdirib və satılmış avtomobillərdə onları pulsuz dəyişəcək.
“Hyundai” yeni nəsil “XCIENT” yük maşınını Palisade-in lüks üslubunda təqdim edir. Tam LED faralar, rəqəmsal güzgülər və futuristik dizayn – bu model yük sektoruna fərqli nəfəs gətirəcək.
Yura Corp zavodu “Hyundai”nin keçmiş müəssisəsi üçün “Solaris” hissələrinin istehsalını bərpa edib. İstehsal 2022-ci ildən dayanmışdı.
“Ford” arxa görüntü kamerasındakı proqram xətası səbəbilə 1 milyondan çox avtomobili geri çağırır. Problem qəza riski yaradır, amma hələlik xəsarət qeydə alınmayıb.
Detroytda onlarla “Tesla Cybertruck” boş dayanacaqda toplanıb. Satılmayan modellərin artması satış böhranına və tənqidlərə səbəb olub.
“Lada Iskra” modelində düymə ilə mühərrik işə salma sistemi olacaq, amma bu funksiya yalnız bahalı versiyalarda təqdim ediləcək. Satışlar iyulda başlayır.
“BYD”in 219 metrlik nəhəng gəmi modeli “Shenzhen” ilk reysində 7300 elektromobili Braziliyaya çatdırdı. Gəmi həm ölçüsü, həm də ekoloji texnologiyası ilə seçilir.
“XPeng MONA M03 Max” satışa çıxan kimi 1 saatda 10 min sifariş aldı. Qiyməti 17 900 dollardan başlayır, süni zəka əsaslı sürücüyə yardım funksiyaları ilə fərqlənir.
“Neta Auto”nun Şanxaydakı baş ofisindən loqosu sökülüb. Dövlət səhmdarları təsisçi Fan Yuncounun uzaqlaşdırılmasına hazırlaşır. Şirkət batmaq təhlükəsindədir.
Çində satılmayan, amma demək olar ki, işlənməyən avtomobillər Rusiyaya “yeni” kimi gətirilir. Ekspertlər xəbərdarlıq edir: alıcılar texnoloji risklə üzləşə bilər.
Çində toy karvanında 4 “Xiaomi SU7” ardıcıl toqquşdu. Hadisə sosial mediada sürətlə yayılıb, istifadəçilər həm zarafat, həm narahatlıq ifadə edirlər.
“Xcite” markasının bağlanması ilə bağlı yayılan xəbərlər təkzib olundu. Zavod istehsalı davam etdirir və yeni modellər üçün bazar təhlili aparılır.
Koreya krossoverləri Azərbaycanda da populyardır. Bəs ikinci əl bazarda hansı modellər etibarlıdır, hansılardan uzaq durmaq lazımdır? Ekspert Zinavyev cavab verir.
Yenilənmiş “Kia Soul” modeli Rusiyada satışa çıxarılıb. Qiymətlər 3,45 milyon rubldan başlayır, kredit və trade-in ilə 500 min rubla qədər endirim mümkündür.
“JATO Dynamics”ın məlumatına görə, “BYD” aprel ayında Avropada “Tesla”nı geridə qoyaraq 7231 elektromobil satıb. Çin brendlərinə maraq sürətlə artır.
Avtomobil alarkən doğru vaxt böyük fərq yarada bilər. Endirimlər ilin hansı ayında olur? Hansı günlərdə qiymətlər düşür? Cavablar araşdırmada!
Avtomobil sürücülərinin gündəlik vərdişləri mühərrik, əyləc və digər sistemlərin tez sıradan çıxmasına səbəb ola bilər.
“Xiaomi”nin yeni “YU7” modeli “Lava Orange” rəngində ilk dəfə görüntüləndi. 835 km batareya məsafəsi və texnoloji üstünlükləri ilə “Model Y”ə ciddi rəqib sayılır.
Ekspert Aleksey Balaşov avtomobildə ən az istifadə edilən 4 funksiyanı açıqlayıb. Masaj, oturacaq ventilyasiyası və smartfonla idarəetmə siyahıdadır.
Ekspert Vadim Strelbitski zəif işləyən avtokondisionerin 5 əsas səbəbini sadalayıb: freon itkisi, filtrin çirklənməsi, kompressor və korroziya problemi.
“Toyota” ABŞ üçün “Tacoma”dan ucuz yeni pikap hazırlayır. Model EPU platformasında qurula bilər və 200 a.g. gücə malik olacaq.
Yayda mühərriki uzun müddət qızdırmaq lazım deyil. Ekspert Yuliya Truşkova bildirir ki, 20-30 saniyə kifayətdir və yerində işlətmək zərərlidir.
Əyləc pedalı bərkdirsə, səbəb nə ola bilər? Ekspert Balaşov vakum gücləndiricisi, elektronika və hidravlik sistemdəki nasazlıqları izah edir.
IIHS və Consumer Reports yeni başlayan sürücülər üçün ən təhlükəsiz avtomobilləri seçdi. Siyahıya “Toyota Corolla”, “Mazda 3”, “Volvo XC90” və digərləri daxildir.