Microsoft-ın süni zəka strategiyası təzyiq altında: Copilot və Foundry hədəfləri niyə geridə qaldı?

Microsoft-un Copilot və Foundry üzrə hədəfləri geridə qalıb, şirkət satış gözləntilərini aşağı salıb. Müştərilər AI alətlərindən çəkinir.

18.12.25 - 09:05
 0  15
Microsoft-ın süni zəka strategiyası təzyiq altında: Copilot və Foundry hədəfləri niyə geridə qaldı?
Microsoft-un süni zəka strategiyasına dair hesabat fonunda şirkətin loqosu @techspot.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Microsoft-ın AI strategiyası tənqid altında - Copilot və Foundry gözləniləni vermədi

«TechSpot» xəbər verir ki, Microsoft-un süni zəkanı məhsul strategiyasının mərkəzinə çevirmək planı gözlənilməz müqavimətə dirənib.

Şirkətin əsas ümid yeri olan Foundry platforması - yəni süni zəka modelləri və agent qurma alətləri üçün bazar - son maliyyə ilində Azure satış komandalarının böyük hissəsi üçün hədəfə çatmayıb. Bir neçə bölməyə 50 faiz artım tələbi qoyulsa da, satışçıların cəmi beşdə biri bu rəqəmə yaxınlaşa bilib. Nəticədə Microsoft hədəfi cari il üçün təxminən 25 faizə endirib.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Bu nə deməkdir? Görünür, müəssisələr süni zəka xərclərini artırmaqda tərəddüd edir. Microsoft isə avtomatlaşdırılmış agentlər, Word, Excel və PowerPoint üçün yeni AI imkanları ilə iş mühitində növbəti böyük mərhələ vəd edirdi. Amma bir çox şirkət bu alətləri alıb istifadə etməməyə üstünlük verib - səbəb isə eynidir: dəqiqlik, davamlılıq və səhv riski barədə narahatlıq.

Problemlər Copilot-a da sirayət edib. Bəzi müəssisələrdə əməkdaşlar Copilot əvəzinə digər çatbotlara üstünlük verib və Copilot yalnız Outlook və Teams kimi Microsoft-a bağlı iş axınlarında qalıb. Xəbər yayıldıqdan sonra Microsoft-un səhmləri 3.1 faiz aşağı düşüb və gün ərzində toparlanmayıb.

Microsoft açıqlama yayaraq iddiaların bir hissəsini rədd edib. Şirkət Bloomberg-ə bildirib ki, «The Information» materialında «artım» və «satış kvotaları» anlayışları səhv şəkildə qarışdırılıb və «AI məhsulları üzrə ümumi satış kvotaları azaldılmayıb».

Jefferies analitikləri də Microsoft-un mövqeyini dəstəkləsə də, investorlar müəssisə tələbinin gözlənildiyi qədər güclü olmaya biləcəyindən narahatdır. Bir sözlə, süni zəka sahəsində milyardlarla dollarlıq «irrasional» investisiyalar fonunda Microsoft-un aqressiv AI strategiyası bazarın real davranışı ilə üst-üstə düşməyib.

Analitiklər xəbərdarlıq edir: bazar gec-tez özünü tənzimləyəcək və qaliblər-loserlər aydın görünəcək. Microsoft isə daha çevik və müştəri yönümlü yanaşma tətbiq etməsə, böyük itkilərlə üzləşə bilər. Əslində bu sual hələ açıq qalır.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.