Microsoft-ın süni zəka məhsullarına tələbat azalır - daxili hədəflər yenilənib
Hesabata görə Microsoft süni zəka satış hədəflərini endirib. Şirkət daxili çətinlikləri inkar etsə də, bazar payı Google-un xeyrinə dəyişir.
Microsoft-ın süni zəka strategiyası tənqid olunur - tələbat azalır, Google irəli keçir
«Windowscentral» xəbər verir ki, Microsoft son aylarda süni zəka satış hədəflərini aşağı salıb. Səbəb isə sadə görünür - bazarda Copilot və digər AI məhsullarına real maraq gözləniləndən zəifdir.
Hesabata görə, şirkətin Azure AI komandasının satış əməkdaşları hədəfləri qarşılamaqda çətinlik çəkir. Microsoft bunu inkar etsə də, bazardakı tendensiyalar Google-un Gemini modeli ilə daha sürətli irəlilədiyini göstərir. Bir sözlə, vəziyyət artıq gizlətmək olmur.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Məlumatda deyilir ki, OpenAI-nin də borc yükü və daxili problemləri Microsoft-a əlavə risk yaradır. ChatGPT-nin bəzi sahələrdə geri qalması, şəkil generasiyasında isə Google-un Nano Banana modelinin daha güclü nəticə göstərməsi vəziyyəti çətinləşdirib.
Bəs bütün bunlar hara aparır? Müxbirlər qeyd edir ki, Microsoft-ın son illərdəki strategiyası daha çox «tez burax, sonra düzəlt» yanaşmasını xatırladır. Nəticədə AI funksiyalarının bir çoxu kifayət qədər cilalanmamış görünür.
Yazıda bildirilir ki, Microsoft yüksək qiymətli NVIDIA server texnologiyasından asılı qalıb, Google isə öz çip və server ekosistemini qurmağa davam edir. Müəllifin fikrincə, Satya Nadella prioritetləri səhv müəyyənləşdirib və bu, şirkətin innovasiya tempinə ciddi təsir edir.
Bununla belə, tam mənzərə qaranlıq deyil. Github Copilot korporativ seqmentdə uğur qazanıb. Microsoft həmçinin öz Maia və Cobalt çipləri üzərində işləyir. Amma müəllifin fikrincə, şirkət tez-tez perspektivli təşəbbüsləri belə yarımçıq qoyur - «görək bu dəfə necə olacaq» sualı açıq qalır.
Nəticə? Əgər keyfiyyətə daha ciddi yanaşma olmasa, Microsoft-ın süni zəka sahəsində rolu sadəcə NVIDIA serverlərinin vasitəçisi olmağa qədər darala bilər.
Bu xəbəri necə dəyərləndirirsiniz?

