Laboratoriya siçanlarını açıq məkana buraxdılar - qorxu niyə 1 həftəyə “söndü”?
Cornell alimləri deyir: siçanlar 1 həftə təbii mühitdə qalanda təşviş səviyyəsi normaya qayıdır. Bu, laboratoriya testlərini sual altına alır.
Laboratoriya siçanlarını açıq məkana buraxdılar - 1 həftəyə təşviş “normaya” qayıtdı
«ScienceAlert» yazır ki, Cornell Universitetindən olan tədqiqatçılar laboratoriya qəfəslərində saxlanılan siçanları böyük açıq sahəli çəpərlənmiş məkana buraxandan sonra maraqlı nəticə görüblər: heyvanlar cəmi bir həftə ərzində siçanlar üçün tipik sayılan təşviş səviyyəsinə geri dönüb.
Komandanın sözlərinə görə, bu müşahidə laboratoriya şəraitinin özü-özlüyündə qorxu reaksiyasını formalaşdırıb-formalaşdırmadığı sualını gündəmə gətirir. Bəs bu yenilik bizə nə verəcək? Alimlər hesab edir ki, belə “vəhşiləşdirmə” yanaşması laboratoriyada yaranan qorxu reaksiyalarının ümumiyyətlə formalaşmasının qarşısını ala bilər.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Bioloq Matthew Zipple bildirib: «Onları bir həftəlik sahəyə buraxdıq və siçanlar öz əvvəlki təşviş davranış səviyyələrinə qayıtdılar». Onun sözlərinə görə, daha təbii mühit həm ilkin qorxu reaksiyasının yaranmasını bloklayır, həm də artıq laboratoriyada formalaşmış reaksiyanı “sıfırlaya” bilir.
Siçanlarda təşvişi ölçmək üçün adətən Elevated Plus Maze (EPM) adlı testdən istifadə olunur. Bu qurğuda iki tip “qol” var: qapalı hissə (siçanların özünü daha təhlükəsiz hiss etdiyi) və açıq hissə (daha açıq mühit).
Standart EPM reaksiyasında siçanlar əvvəlcə labirinti araşdırır, sonra yenidən qapalı hissələrə çəkilir. Bu, açıq sahəyə bir dəfə məruz qalmanın yaratdığı qorxu əlaməti kimi şərh olunur və mənbənin qeyd etdiyi kimi, bu davranış SSRI tipli təşvişəleyhinə dərmanlara da davamlı ola bilir.
Tədqiqat zamanı alimlər 44 siçanı qəfəslərdən çıxararaq, nisbətən geniş açıq məkanda sərbəst hərəkət etməyə, qazmağa, dırmaşmağa və müxtəlif hisslər, şəraitlərlə üzləşməyə imkan veriblər. Bir sözlə, laboratoriyanın dar çərçivəsi qırılıb.
Siçanlar yenidən EPM testinə qaytarılanda isə açıq və qapalı sahələri demək olar ki, eyni dərəcədə araşdırıblar - sanki labirinti ilk dəfə görürlər. Tədqiqatçılar əlavə ediblər ki, təsir siçanların doğulduğu vaxtdan “vəhşiləşdirilmiş” olub-olmamasından asılı olmayaraq müşahidə edilib.
Neyrobioloq Michael Sheehan vurğulayıb ki, müxtəlif gündəlik təcrübələr təhlükəli olanla olmayanı “kalibrləməyə” kömək edir: «Əgər hər gün çox fərqli şeylər yaşayırsınızsa, nəyinsə qorxulu olub-olmadığını daha yaxşı ölçə bilirsiniz. Amma cəmi beş təcrübəniz olubsa, altıncı təcrübə əvvəlkilərdən xeyli fərqlidirsə, bu, təşvişi işə sala bilər».
Tədqiqatçılar belə nəticəyə gəlirlər: bəlkə də laboratoriya siçanlarında “təşviş” kimi düşündüyümüz şey, biologiyaya “yazılmış” sabit xüsusiyyət deyil - mühitlə asanlıqla yumşala bilən reaksiya ola bilər. Əslində bu sual hələ açıq qalır: laboratoriyada aparılan bu tip testlər insanlara nə dərəcədə tətbiq oluna bilər?
Araşdırma Current Biology jurnalında dərc olunub.
Bu xəbəri necə dəyərləndirirsiniz?

