Google Aluminium OS: ChromeOS-un əvəzlənməsi yaxınlaşır

Google ChromeOS-u mərhələli şəkildə Aluminium OS-lə əvəz etməyə hazırlaşır. Yeni sistem Android bazasında qurulur və süni zəka mərkəzindədir.

02.12.25 - 09:45
 0  3
Google Aluminium OS: ChromeOS-un əvəzlənməsi yaxınlaşır
Google-un Android əsaslı Aluminium OS hazırlaması ilə bağlı təsvir @phonearena.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Google ChromeOS-u mərhələli şəkildə Aluminium OS-lə əvəz etməyə hazırlaşır

«PhoneArena» yazır ki, Google uzun zamandır müzakirə olunan Android və ChromeOS birləşməsinə faktiki start verib və artıq bunun ilk izləri görünməyə başlayıb.

Şirkət süni zəkanın mərkəzində olduğu yeni əməliyyat sistemi üçün baş məhsul meneceri axtardığı vakansiyada həmin sistemin adını da göstərib. Sənəddə qeyd olunur ki, Android bazasında qurulan yeni platforma «Aluminium OS» adlanır. Adın britaniya yazılışı isə Chromium-a işarə kimi qiymətləndirilir.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

İki ay əvvəl yayımlanıb, indi isə silinən vakansiyada Google-un Aluminium OS-i müxtəlif cihazlarda işlətməyi planlaşdırdığı qeyd olunurdu. Buraya noutbuklar, planşetlər, ayrılıb-birləşən modellər və kompakt qutular daxildir. Cihazlar fərqli qiymət seqmentlərində təklif olunacaq.

Ən diqqətçəkən məqam isə budur: Google ChromeOS-u hələlik saxlayacaq, lakin sonrakı mərhələdə şirkətin bu sistemdən tam keçidi üçün strategiya hazırlanacaq. Bir sözlə, ChromeOS gec-tez Google-un «məzaristanlığı»na aparılacaq növbəti məhsula çevrilə bilər.

Bu ilin əvvəlində Android ekosisteminin rəhbəri Elon Samat gələn il Android və ChromeOS-un birləşməsinə əsaslanan yeni yanaşmanın təqdim ediləcəyini təsdiqləmişdi. Şirkət konkret cihaz adları açıqlamasa da, gözləntilər MacBook Air, iPad və Windows laptopları ilə rəqabətə hesablandığını göstərir.

Əslində bu sual hələ açıq qalır: Aluminium OS PC bazarında nələri dəyişəcək? Amma bir şey bəllidir - Google-un Gemini ilə gücləndirilmiş yeni sistemi Windows Copilot-la bağlı narazılıqlar fonunda Microsoft-un istehlak seqmentinə ciddi təzyiq yarada bilər.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.