Final Fantasy Xbox-a qayıdır: Square Enix-in qərarı açıqlandı
Square Enix-in rəhbərliyi Final Fantasy seriyasını yenidən Xbox və bulud platformalarına gətirməyi təsdiqlədi. FF7 Remake 22 yanvar 2026-da çıxacaq.

Square Enix Final Fantasy-ni Xbox-a qaytarır – Naoki Hamaquçinin açıqlamaları
«Windowscentral» yazır ki, uzun illər Xbox-dan uzaq qalan Square Enix artıq seriyanın yenidən bu platformaya qayıdışını təsdiqləyib. Şirkətin yeni strategiyası nəticəsində Final Fantasy 7 Remake 22 yanvar 2026-da Xbox Series X|S və PC-də yayımlanacaq.
Tokio Game Show öncəsi elan olunan Final Fantasy Pixel Remaster Collection və yayda açıqlanan FF16 xəbərləri bu istiqtiqamətin ilk addımları olub. Artıq FF16 və Pixel Remaster kolleksiyası Xbox oyunçularına təqdim edilib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Naoki Hamaquçi bildirib ki, şirkətin yeni rəhbərliyi oyunları çoxplatformalı şəkildə buraxmağa önəm verir: “Məqsəd Final Fantasy-ni buluda, konsollara və əl cihazlarına daha geniş auditoriyaya çatdırmaqdır. Bu, artıq əsas fəlsəfədir.”
O, həm şəxsi mövqeyini də açıqlayıb: “Mən özüm Xbox fanıyam. Əlimdən gələni edəcəyəm ki, Square Enix bütün platformalara çatsın. Xbox oyunçularına ayrıca təşəkkür edirəm.”
Hamaquçi əlavə edib ki, Final Fantasy 7 Remake sadəcə yenilənmiş versiya deyil. Oyun hekayə və mexanikada köklü dəyişikliklərlə yanaşı nostalji elementləri də saxlayır. Bu yanaşma fanatları ikiyə bölüb: kimisi yenilikləri alqışlayır, kimisi isə klassik ab-havanın dəyişməsini qəbul etmir.
Eksklüzivlik siyasətinin zəifləməsi ümumən oyun sənayesində yeni eraya işarədir. İndi əsas mübarizə oyunçular üçündür – hansı platformada olmasından asılı olmayaraq. Microsoft-un yapon studiyaları ilə əlaqələri gücləndirməsi də bu istiqamətdə mühüm addım kimi qiymətləndirilir.
Nəticədə, Square Enix pərəstişkarları üçün yeni dövr başlayır. Final Fantasy 16 artıq əlçatandır, FF Pixel Remaster buraxılıb və 2026-cı ilin yanvarında FF7 Remake Xbox və PC-də oyunçularla görüşəcək.
Bu xəbəri necə dəyərləndirirsiniz?






