Eric Tramp: “Banklar kriptovalyutanı qəbul etməsə, 10 ilə yox olacaq”

Eric Tramp hesab edir ki, mövcud bank sistemi artıq işləmir və blockchain texnologiyası onun yeganə alternatividir. Banklar dəyişməsə, 10 ilə yox olacaq.

05.05.25 - 09:58
 0  5
Eric Tramp: “Banklar kriptovalyutanı qəbul etməsə, 10 ilə yox olacaq”
Eric Tramp CoinDesk tədbirində kriptovalyutalar haqqında çıxış edərkən @coindesk.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Eric Trampdan sərt xəbərdarlıq: Banklar üçün vaxt bitir?

“CoinDesk”-ə istinadən “Mediahub.az” xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın oğlu Eric Tramp bank sektorunu ciddi xəbərdarlıqla çıxış edib.

“Müasir maliyyə sistemi artıq işləmir. Bahalıdır, yavaşdır. SWIFT isə tam fəlakətdir” – deyə o, “CNBC”yə müsahibəsində bildirib. Onun fikrincə, blockchain texnologiyası bankların hazırkı imkanlarını tamamilə əvəz edə bilər.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Tramp bildirib ki, DeFi tətbiqləri ilə ani və ucuz pul köçürmələri mümkündür. O, ənənəvi bank sisteminin “yalnız milyarderlərə xidmət etdiyini” deyərək, bu səbəbdən kriptovalyutalara yönəldiyini açıqlayıb.

Eric Tramp bu fikirlərini may ayında keçiriləcək “Consensus 2025” tədbirində də səsləndirəcək. O və qardaşı Donald Tramp Jr. birgə “USD1” adlı sabitcoin layihəsinə start veriblər.

Onun sözlərinə görə, Bayden administrasiyasının sərt qaydaları blockchain texnologiyasının inkişafını əngəlləyib. Lakin yeni siyasi mərhələdə ABŞ-da kripto sektoru üçün “əsaslı dəyişikliklər” baş verir.

“Banklar diqqətli olmasa, 10 ilə yox olacaqlar” – deyə o bildirib. Fintech şirkəti “SoFi” artıq kriptovalyutaya geri dönüş etdiyini açıqlayıb – bu tendensiya daha kimləri izləməyə vadar edəcək?

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.