CZ-nin “Token2049”da çıxışı: süni zəka, milli kripto ehtiyatları və DeFi çağırışı
“Binance”ın sabiq rəhbəri Changpeng Zhao Dubayda keçirilən “Token2049”da kripto tənzimlənməsi, milli ehtiyatlar və süni zəka dövründə kriptonun rolundan danışıb.

Changpeng Zhao “Token2049”da kripto iqtisadiyyatının gələcəyindən danışdı
“Crypto.news”-a istinadən “Mediahub.az” xəbər verir ki, “Binance”ın sabiq rəhbəri Changpeng Zhao (CZ) Dubayda keçirilən “Token2049” tədbirində DeFi, süni zəka və milli kripto ehtiyatları ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
CZ bildirib ki, bir çox ölkələr kripto infrastrukturunu tamamilə lokal saxlamaq istəyir. Ancaq bu yanaşma nə qədər realdır? Onun sözlərinə görə, milyardlarla dollarlıq kripto aktivləri üçün təhlükəsiz həllər yaratmaq həm baha başa gəlir, həm də yüksək ixtisas tələb edir.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
“Hər ‘cold wallet’ üçün 15 etibarlı imza sahibi lazımdır. Belə adamları dünyanın hər yerində tapmaq, özü də yüz qat artıq sayda, demək olar ki, mümkün deyil”, – CZ deyib.
O, həmçinin ölkələrin strateji ehtiyat kimi kriptovalyutadan istifadə etmək ideyasını dəstəklədiyini vurğulayıb. Bhutan artıq bu sahədə addım atıb – ölkə artıq təmiz enerji ilə Bitcoin mədənçiliyinə başlayıb.
Bəs digər ölkələr nəyi gözləyir? CZ xəbərdarlıq edib ki, geciksələr, gələcəkdə daha baha qiymətlərlə almalı olacaqlar. O, dövlətlərə peşəkar saxlama sistemlərindən istifadə etməyi tövsiyə edib.
Daha bir maraqlı detal – CZ süni zəka dövründə kriptonun əsas valyutaya çevriləcəyini düşünür. “Süni zəka SMS kod yazmayacaq, kart oxutmayacaq. Ona kripto lazımdır”, – o bildirib.
Sonda CZ real faydası olmayan AI tokenlərinin çoxalmasını tənqid edib və “həqiqi kömək edə bilən agentlərin” yaradılmasına çağırıb.
Bu xəbəri necə dəyərləndirirsiniz?






