Britaniya xəstəxanalarında bəzi tibbi cihazlar Windows 11-ə keçə bilmir
NHS xəstəxanalarında bəzi tibbi cihazlar Windows 11 sisteminə uyğun gəlmir. Bu, kibertəhlükəsizlik risklərini artırır və yeni xərc yaradır.
NHS cihazları Windows 11-ə keçidə “dirənib” – xəstəxanalar çətin durumda
«TechRadar» xəbər verir ki, Böyük Britaniyanın bəzi NHS xəstəxanaları Windows 11-ə tam keçidi hələ başa çatdıra bilmir. Səbəb – bəzi istehsalçıların cihazlarını yeni sistemə uyğunlaşdırmaması.
Microsoft 2025-ci ilin oktyabrından etibarən Windows 10 üçün təhlükəsizlik yeniləmələrini dayandırıb. Bu isə o deməkdir ki, bəzi xəstəxana cihazları müdafiəsiz qalır. Rotherham NHS Foundation Trust bildirir ki, sistemlərinin 98 faizi artıq yenilənib, amma 2 faiz köhnə cihaz hələ uyğun deyil.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Məsələnin təhlükəli tərəfi odur ki, xəstəxanalar kibercinayətkarlar üçün cəlbedici hədəfdir. Əməliyyatlar dayana bilər, sistemlər bloklana bilər – bir sözlə, risk böyükdür.
Təşkilatın İT direktoru Ceyms Rolinson deyib ki, bəzi cihazlar cəmi üç il əvvəl alınsa da, istehsalçı bu avadanlıqları Windows 11-ə uyğunlaşdırmaqdan imtina edir. Nəticədə, xəstəxanalar onları tamamilə dəyişməyə məcbur olur.
Rolinsonun sözlərinə görə, istehsalçılar buna tənzimləyici qaydaları bəhanə gətirir, amma fakt budur ki, NHS kimi maliyyə çətinliyi çəkən sistem üçün bu əlavə xərcdir. «34 min funt ödəyirsən, üç ildən sonra eyni məbləği yenidən xərcləməli olursan – bu, doğrudan da acı hissdir», – o bildirib.
Ekspertlər xatırladır ki, bu cür gecikmələr real insan həyatına da təsir göstərə bilər. Keçmiş araşdırmalardan birində ransomware hücumları nəticəsində xəstə ölüm faktı aşkarlanmışdı. Əslində bu sual hələ açıq qalır: niyə kritik avadanlıqlar bazarın yenilənmə tempinə “ayaq uydura” bilmir?
Bu xəbəri necə dəyərləndirirsiniz?

