Android 16: tətbiqlər yerinizi izləyirsə, bunu görəcəksiniz
Android 16 QPR3 Beta 1-də yer göstəricisi genişlənir: tətbiqlər real vaxtda görünür, GPS icazəsi isə dərhal ləğv edilə bilir.
Android 16-da yeni yer göstəricisi: hansı tətbiqlər sizi izləyir, dərhal görünəcək
«SammyFans» yazır ki, Google Pixel telefonları üçün yayımlanan Android 16 QPR3 Beta 1 yeniləməsi yer izləmə göstəricisini genişləndirən yeni mexanizm gətirir və bu yenilik gələcəkdə Samsung daxil olmaqla digər Android cihazlarına da çata bilər.
Android-də mikrofon, kamera və ya yer məlumatı istifadə olunanda status panelində göstərici görünür. İndi isə Android 16 QPR3 Beta 1-də məhz yer indikatoru yenilənib: əvvəlki kimi statik deyil, açılıb-genişlənən format alıb.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Yeni göstərici bərk mavi fonla status panelində görünür. İkona toxunduqda pop-up pəncərədə genişlənən menyu açılır və burada yer məlumatından istifadə edən tətbiq (və ya tətbiqlər) real vaxtda siyahı şəklində göstərilir. Bəs bu yenilik bizə nə verəcək? Ən vacibi - istifadəçi GPS icazəsini elə həmin an geri götürə bilir.
Menyuda yer məlumatından istifadə edən tətbiq üçün iki seçim təqdim olunur: Close the app (tətbiqi bağlamaq) və Manage access (icazələri idarə etmək).
Əgər yer məlumatı mikrofon və-ya kamera ilə birlikdə istifadə olunursa, mavi göstərici yaşıl rəngə keçir. Məqsəd də aydındır: indikatorlar eyni vizual xəttə salınsın və status panelində artıq yer tutmasın.
Bu funksiya hazırda QPR Beta ilə işləyən Pixel telefonlarında görünür. Mənbənin qeyd etdiyi kimi, bu, Android-in əsas yeniləməsi sayıldığı üçün sonradan Samsung telefonlarına da gələ bilər - One UI 8.5 Stable-də görünməsi ehtimal edilir, əks halda One UI 9-la təqdim oluna bilər. Bir sözlə, testlər gedir və yekun qərar hələ açıq qalır: Google funksiyanı daha da təkmilləşdirəcək, yoxsa yenə geri çəkəcək?
Qeyd olunur ki, Google oxşar göstəricini ilk dəfə Android 12-də əlavə etmişdi. İllər sonra bu yanaşma Android 16-da yenidən sınaqdan keçirilir.
Bu xəbəri necə dəyərləndirirsiniz?

