“Samsung” brauzeri videonu qısaca izah edə biləcək – One UI 8-də yeni süni zəka funksiyası
“Samsung Internet” brauzeri süni zəka ilə videoların əsas məqamlarını müəyyənləşdirib qısa xülasə təqdim edəcək. Funksiya One UI 8 və “Galaxy S25” modellərində olacaq.

“Samsung” brauzeri videoları qısa xülasə edə biləcək – süni zəka ilə yeni funksionallıq
“Ferra.ru”-ya istinadən “Mediahub.az” xəbər verir ki, “Samsung” öz “Internet” brauzeri üçün süni zəka əsaslı video xülasə funksiyası hazırlayır.
“AI Video Summarization” adlanan bu funksiya One UI 8 yeniləməsi ilə “Galaxy” cihazlarına gələcək və ilk növbədə “Galaxy S25” seriyasına tətbiq olunacaq.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Yeni texnologiya video daxilində danışıq mətnlərini, vizual elementləri və titrləri multimodal süni zəka modeli ilə təhlil edir və əsas məqamları xülasə şəklində istifadəçiyə təqdim edir.
Ən önəmlisi isə odur ki, bu funksiyanın bütün emal prosesi cihazın özündə baş verir – beləliklə, məlumatlar serverə göndərilmir və istifadəçinin gizliliyi qorunur.
İstər “YouTube”, istərsə də digər vebsaytlardakı videolarla işləyə bilən bu alət test mərhələsində yüksək dəqiqliklə işlədiyi bildirilib.
Bu funksiya uzun videoları daha tez başa düşmək və vaxt qənaəti üçün əhəmiyyətli bir yenilik ola bilər.
Bu xəbəri necə dəyərləndirirsiniz?






