ABŞ vizaları bahalaşdı: yeni «visa integrity fee» tətbiq olunur
30 sentyabrdan ABŞ-a səyahət edənlər üçün yeni viza rüsumları qüvvədədir. Ekspertlər bahalaşmanın turizmə mənfi təsir göstərəcəyini bildirir.

ABŞ vizaları bahalaşdı: yeni 250 dollarlıq «visa integrity fee» tətbiq olunur
«Cntraveler» məlumatına görə, 30 sentyabrdan etibarən ABŞ-a səyahət edənlər üçün yeni viza rüsumları qüvvəyə minib. Üç fərqli viza növü üzrə tariflər artırılıb və turistlər artıq bu dəyişikliyin təsirini hiss edir.
Yayda qəbul edilən və Tramp administrasiyasının «One Big Beautiful Bill Act» qanununun tərkib hissəsi kimi qüvvəyə minən dəyişikliklərə yeni 250 dollarlıq «visa integrity fee» də daxildir. Bu, sistemdəki ən yüksək məbləğ olacaq. Lakin o, yalnız bəzi qeyri-immiqrant səyyahlara tətbiq ediləcək və vizanın bütün şərtlərinə əməl edənlər ödənişi geri ala biləcəklər.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Ekspertlər bu qərarı sərt tənqid edir — onların fikrincə, artımlar ABŞ turizmini zəiflədə bilər. Halbuki ölkə yaxın illərdə həm 2026 Dünya Kubokuna, həm də 2028 Yay Olimpiadasına ev sahibliyi etməyə hazırlaşır. ABŞ Səyahət Assosiasiyasının prezidenti Geoff Freeman bildirib ki, “beynəlxalq səyyahlara əlavə rüsum tətbiq etmək, sanki turizmə daxili gömrük vergisi qoymaq deməkdir”.
Artımlar əsasən üç viza növünə şamil edilir: quru sərhədlərdən daxil olanlar üçün I-94 rüsumu 6 dollardan 30 dollara, ESTA sisteminin ödənişi 21-dən 40 dollara, Çin vətəndaşlarının ödədiyi «Electronic Visa Update System» rüsumu isə 30 dollara qaldırılıb. Yeni tariflər 2026 maliyyə ili ərzində qüvvədə qalacaq və sonradan inflyasiyaya uyğun artırıla bilər.
Gözlənilən 250 dollarlıq rüsum isə yaxın aylarda qüvvəyə minəcək və yalnız xüsusi viza (F, J, H1-b və H-4) kateqoriyalarına müraciət edənlərə şamil ediləcək. Maraqlıdır ki, bu məbləğ digər viza haqlarına əlavə olunacaq.
Qanuna əsasən, yalnız viza şərtlərinə tam əməl edən və ölkəni vaxtında tərk edənlər ödənişi geri ala biləcəklər. Lakin Konqres Büdcə Ofisinin hesabatına görə, bu hüquqdan çox az səyyah yararlana biləcək, çünki bir çox vizalar illərlə qüvvədə qalır.
Bu rüsumdan yalnız viza tələb etməyən 42 ölkənin vətəndaşları, eləcə də əksər kanadalı və bermudalılar azaddır. Yeni ödənişin dəqiq tətbiq tarixi isə hələ müəyyən edilməyib. Əsas səbəb — rüsumu hansı dövlət qurumunun toplayacağı ilə bağlı qeyri-müəyyənlikdir.
Envoy Global məlumatına görə, ilkin mərhələdə prosesi Dövlət Departamenti icra edə bilər, lakin Daxili Təhlükəsizlik Departamenti (DHS) də cəlb olunacaq. DHS-in açıqlamasında bildirilib ki, rüsum müəssisələr arasında koordinasiya tamamlandıqdan sonra tətbiq ediləcək.
Hüquqşünas Paul Saluja qeyd edib ki, Dövlət, DHS və Maliyyə Departamentləri arasında məlumat mübadiləsi və ödəniş sistemlərinin uyğunlaşdırılması vaxt aparacaq. Üstəlik, 2025-ci ilin oktyabrında gözlənilən hökumət bağlanması da prosesə təsir göstərə bilər.
Ekspertlər hesab edir ki, yeni rüsum 2026-cı ilin ortalarına qədər təxirə salına bilər. Axı Dünya Kuboku öncəsi turizmə əlavə maneə yaratmaq heç kimə sərf etmir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






