Yenilənmiş “Voyah Free” krossoveri təqdim olundu – dizaynda dəyişiklik, gücdə artım
“Voyah Free” modelinin yenilənmiş versiyası rəsmi olaraq təqdim edilib. Krossoverin dizaynı dəyişib, ölçüləri artıb və elektrik mühərriki daha güclüdür.

“Voyah Free” yeniləndi – daha iri, daha güclü və Huawei dəstəkli krossover
“Kolesa.ru”-nun məlumatına görə, Çinli “Dongfeng” konserninə məxsus “Voyah” brendi “Free” modelinin ikinci restaylinqini rəsmi olaraq təqdim edib.
Yeni versiyada radiator barmaqlığı, ön bamper və optikalar yenidən dizayn olunub, arxa hissədə isə daha sadə spoyler və bamper düzəlişləri var. Krossoverin uzunluğu 10 mm artaraq 4915 mm, hündürlüyü isə 15 mm artaraq 1660 mm olub.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Texniki baxımdan da yeniliklər var: 1.5 litrlik benzin generatoru 129 a.g. gücündə qalıb, lakin arxa oxdakı elektrik mühərriki 272-dən 292 a.g.-ə qədər gücləndirilib. Tam ötürücülü versiyada əlavə 218 a.g.-lik ön mühərrik də mövcuddur – ümumi güc 489 a.g. təşkil edir.
Modelin üst hissəsində yerləşən lidar və yeni Huawei sürücü köməkçi sistemi avtomobili texnoloji baxımdan daha da qabaqcıl edir. Batareya tutumu açıqlanmasa da, əvvəlki versiyada bu göstərici 43 kVt⋅s idi.
Yeni “Voyah Free”nin tam premyerası Şanxay avtosalonunda gözlənilir. Qeyd edək ki, Rusiyada satışda olan versiya “Sport Edition” kimi təqdim olunur və həm hibrid, həm də tam elektrikli variantlar mövcuddur.
Bu xəbəri necə dəyərləndirirsiniz?






