Yenilənmiş “Lada Granta” satışa çıxdı – “Club” və “Quest” versiyaları ilə geri döndü
“AvtoVAZ” “Lada Granta” modelinin yenilənmiş “Club” və “Quest” versiyalarını təqdim edib. Yeni funksiyalar və avadanlıqlar artıq satışda mövcuddur.

“Lada Granta”nın yenilənmiş “Club” və “Quest” versiyaları satışa çıxdı
“Kolesa.ru”-ya istinadən “Mediahub.az” xəbər verir ki, “AvtoVAZ” “Lada Granta” modelinin top versiyalarını – sedan və liftbeklər üçün “#Club”, universal üçün isə “#Quest” komplektasiyalarını yenidən satışa çıxarıb.
Yeni versiyalar avtomatik iqlim nəzarəti, kruiz-kontrol, arxa şüşəqaldırıcılar və yenilənmiş təhlükəsizlik sistemləri ilə təchiz olunub. Avtomatik rejimdə sistem salondakı havanı özü idarə edir, o cümlədən mühərrik soyuq olduqda ayaqlara hava düşməsinin qarşısını alır.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Bundan başqa, avtomobillərə siqnalizasiya, uzaqdan idarə olunan mərkəzi kilid, sis faraları və 40 saniyəlik faraların gecikmə funksiyası əlavə olunub.
Yeni “Granta” modellərində iki hava yastığı, parklama sensorları, oturacaq və şüşə isitmə funksiyaları, əlavə səs izolyasiyası var. Əlavə ödənişlə EnjoY Pro multimediası və “Yandex Avto” servisləri də mövcuddur.
Avtomobillər 90 və 106 a.g.-lik 1.6 litr benzin mühərriki ilə təklif olunur və yalnız 5-pilləli mexaniki ötürmə qutusu ilə komplektləşdirilir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






