Yeni “DeepSeek R1-0528” modeli rekord göstəricilər və ciddi senzura ilə diqqət çəkdi
“DeepSeek”in yeni R1-0528 modeli süni zəka testlərində yüksək nəticələr göstərsə də, Çin hökumətinə tənqid yönümlü suallara cavab verməkdən imtina edir. Bu, senzura səbəbidir?

Yeni “DeepSeek R1-0528” modeli – güclü süni zəka, amma daha çox senzura
“TechCrunch”-un xəbərinə görə, Çin startapı “DeepSeek”in yeni R1-0528 süni zəka modeli testlərdə yüksək nəticələr göstərsə də, bəzi mövzulara cavab verməkdən açıq şəkildə imtina edir.
Sınaqları aparan “SpeechMap” platformasının tərtibatçısı iddia edir ki, bu versiya Çin hökumətinə tənqidi yanaşmaları daha ciddi şəkildə senzura edir. Ən senzuralı “DeepSeek” modeli adlandırılan R1-0528 bəzi hallarda rəsmi Pekin mövqeyini təkrarlayır.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Çin qanunlarına əsasən, süni zəka sistemləri “ölkənin birliyinə və sosial harmoniyaya zərər verə biləcək” məlumat yaymamalıdır. Buna görə də “DeepSeek” kimi şirkətlər modellərini əvvəlcədən filtrasiya edir və ya xüsusi şəkildə öyrədir.
Testlər göstərib ki, R1-0528 modeli Xinyanqla bağlı sualları ya cavabsız qoyur, ya da yalnız dövlətin mövqeyini təqdim edir. Bəzi hallarda insan haqları pozuntularını qeyd etsə də, birbaşa tənqiddən yayınır.
Mütəxəssislər qeyd edir ki, bu cür senzura texnoloji nailiyyətlərlə yanaşı, məlumat azadlığının ciddi məhdudiyyətlərini də ortaya qoyur.
Bu xəbəri necə dəyərləndirirsiniz?






