“Yandeks Market” alıcılara süni zəka ilə kömək edəcək – yeni funksiya istifadəyə verildi
“Yandeks Market”də süni zəka ilə işləyən çat istifadəyə verildi. Alıcılar indi məhsul seçimi, müqayisə və tövsiyə üçün süni zəkayə müraciət edə biləcəklər.

“Yandeks Market” alıcılar üçün süni zəka çatını istifadəyə verdi
“Ferra.ru”-ya istinadən “Mediahub.az” xəbər verir ki, “Yandeks Market” süni zəka əsasında işləyən yeni çat funksiyasını istifadəyə verib.
Bu, alıcılara məhsulları tapmaq, müqayisə etmək və seçim etməkdə yardımçı olacaq ilk süni zəka əsaslı alət sayılır. Hazırda beta rejimində işləyən çat-assistent istifadəçi istəklərinə uyğun olaraq tövsiyələr verir, texniki xüsusiyyətləri izah edir və alternativ modellər təklif edir.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Alıcılar, məsələn, qaçış üçün ağıllı saat və ya yay üçün rahat köynək axtardıqlarını çatda yaza bilərlər. Süni zəka bu informasiyaya əsaslanaraq uyğun məhsulları seçir.
Assistent məhsul məlumatları və istifadəçi rəyləri üzərində təlim alıb və cavablara verilən like və dislike-lərlə təkmilləşməyə davam edir.
Gələcəkdə “Yandeks” bu funksiyanı “Yandeks Yemək” və “Yandeks Lavka” kimi digər xidmətlərə də inteqrasiya etməyi planlaşdırır. Məqsəd – istifadəçilərə maksimum rahatlıq təqdim etməkdir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






