“Xiaomi”dən süni zəka sahəsində OpenAI-yə cavab – MiMo təqdim olundu!
“Xiaomi” öz ilk böyük süni zəka modelini – MiMo-nu təqdim etdi. Açıq kodlu model məntiq və proqramlaşdırma üzrə yüksək nəticələr göstərir və şirkətin süni zəka ambisiyalarını gücləndirir.

“Xiaomi” OpenAI-yə cavab verdi – MiMo süni zəka modeli təqdim olundu
“iXBT”-yə istinadən “Mediahub.az” xəbər verir ki, “Xiaomi” öz ilk genişmiqyaslı süni zəka modelini – MiMo-nu rəsmi olaraq təqdim edib.
7 milyard parametrə sahib açıq kodlu MiMo modeli məntiqi nəticə çıxarma və proqramlaşdırma sahələrinə fokuslanıb. Şirkət bildirir ki, MiMo bəzi testlərdə OpenAI-nin o1-mini modelini üstələyib, lakin bu hələ müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Model “Xiaomi”nin Core komandası tərəfindən hazırlanıb və təkmilləşdirilmiş gücləndirici öyrənmə üsulları ilə təlim alıb. Şirkət MiMo-nu gələcək məhsullarına inteqrasiya etməyi və qlobal geliştiricilərə açıq şəkildə təqdim etməyi planlaşdırır.
Təqdimat fonunda “Xiaomi”nin Honq-Konq birjasındakı səhmləri 5%-dən çox artıb. Bundan əlavə, şirkətin və CEO Lei Tszyunun pay sahibi olduğu “Kingsoft Cloud Holdings”in səhmləri isə 14% yüksəlib.
Bu addım “Xiaomi”nin süni zəka yarışına yalnız izləyici kimi yox, fəal iştirakçı kimi daxil olduğunu göstərir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






