“Xiaomi SU7 Ultra” qalmaqalı: 300-dən çox alıcı tam geri ödəniş tələb edir
“Xiaomi SU7 Ultra” sahibləri $5800-lıq karbon kapotun funksiyasız olduğunu bildirərək şirkətdən tam geri ödəniş tələb edirlər. Şirkət məsələ ilə bağlı üzr istəyib.

“Xiaomi SU7 Ultra” sahibləri $5800-lıq kapot qalmaqalına görə tam ödənişin geri qaytarılmasını tələb edir
“iXBT”-nin məlumatına görə, yüzlərlə “Xiaomi SU7 Ultra” sahibi karbondan hazırlanmış kapotun funksiyasız olduğunu bildirərək tam geri ödəniş tələb edir.
Şirkət bu detalı 5800 dollara təqdim etmişdi və onun yarış traslarında əlavə soyutma təmin edəcəyi vəd olunmuşdu. Amma testlər göstərib ki, kapot sadəcə dekorativdir və hava axınını nəzərəçarpacaq şəkildə yönləndirmir.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
“Xiaomi” 7 mayda rəsmi şəkildə üzr istəyib və məsələni aydınlaşdırmaq üçün bəyanat yayıb. Bildirilib ki, bu kapot əsasən prototip görünüşünü qorumaq üçün hazırlanıb və yalnız cüzi soyutma funksiyası daşıyır.
Kompensasiya olaraq şirkət hələ çatdırılmamış avtomobillərdə kapotu alüminiumla əvəz etməyi və mövcud sahiblərə 20,000 bonus bal (təxminən $275) təqdim etməyi təklif edib.
Amma bu kifayət etməyib – ən azı 300 nəfər geri qaytarılma tələb edir. Bəs “Xiaomi” bu etimad böhranından necə çıxacaq?
Bu xəbəri necə dəyərləndirirsiniz?






